Bu qərar Yəməndə mülki vətəndaşların öldürülməsinə görə verilib
ABŞ-ın “Foreqn Polis” jurnalına danışan Vaşinqton rəsmisi bildirib ki, bombalar əsasən, mülki əhalinin olduğu və yaxud da onlara yaxın bölgələrə atılıb.
Təchizatı dayandırılan isə CBU-105 kaset bombasıdır.
Rəsmi Vaşinqton son illərdə Ər-Riyadı milyon dollarlar həcmində bombalarla təchiz edib.
Qeyd edək ki, ötən ilin martından etibarən Yəməndə Ənsərullah hərəkatı ilə (Husilər – red.) mərkəzi hökumət arasında yaşanan qarşıdurmalar səngimir. (axar.az)
pia.az