Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiyanı çökdürmək üçün nə qədər xərcləyə bilər?


Rusiya təlaş içindədir ; NATO Rusiya sərhədlərində çevik qüvvələr yerləşdirəcək, yoxsa ...; “Şər imperiyası” yenidən dirçəlməyə can atır; ölkəmizdəki QHT repressiyaları ilə Rusiyanın hansı əlaqəsi var...


Bəlkə də ciddi heç nə baş verməyəcək. 

Bəlkə də NATO üzvləri uçan boşqablardan, yad planetlilərdən danışıb sonra da birgə şəkil çəkdirəcək və evlərinə dağılışacaqlar. Amma Rusiya təlaş içindədir. Bu ölkədə fikirləşirlər ki, görən NATO Ukraynaya, Moldovaya və Gürcüstana hansı statusu verəcək? Burada hələ də təlaş içindədirlər ki, NATO Rusiya sərhədlərində çevik qüvvələr yerləşdirəcək, yoxsa bu da bir söz-söhbətdir?
Bəli, Rusiya təlaş içindədir, sentyabrın 4-5-də Uelssdə toplaşacaq NATO bosları isə çox danışmağı sevmirlər. Hələlik yalnız çevik qüvvələrlə bağlı nəsə deyilir. NATO rəhbərləri bu qüvvələrin yerləşdirilməsini onunla əsaslandırırlar ki, İkinci Dünya müharibəsindən sonra Rusiya ilk dövlət oldu ki, başqa bir dövlətin ərazisini zorla özünə birləşdirdi...
Üç ölkəyə veriləcək statusa gədikdə isə belə bildirirlər ki, Moldova, Ukrayna və Gürcüstanla “Gücləndirilmiş əməkdaşlıq” sazişi imzalanacaq. 

Halbuki bir az əvvəl deyirdilər ki, bu üç ölkəyə tam üzvlük yolunda sonuncu mərhələ olan “Üzvlük planı” təqdim ediləcək... 

Düzdür, soyuq müharibə bitəndən sonra ilk dəfədir ki, NATO yenidən Rusiyanı əsl rəqib kimi qiymətləndirməyə başlayıb...



Bunu da irəliyə doğru böyük addım hesab etmək olar. Ən azı ona görə ki, bəlkə bu yolla canımız psevdo-təhlükələrdən qurtula. 

Amma burada bir nüans da var. Rusiya təkcə hərbi vahid kimi qiymətləndirilməməlidir. Soyuq müharibə dövründə insan haqları və demokratiya məsələləri SSRİ-ni içəridən sarsıtmaq üçün çox mühüm alət oldu. Bunu etiraf etmək lazımdır.

İndi də məsələ açıq qoyulmalıdır: NATO, ilk növbədə də ABŞ Rusiyanı diz çökdürmək üçün nə qədər xərcləyə bilər? Bəli, sual belə qoyulmalıdır. Bu gün Rusiya NATO-nu, NATO da Rusiyanı özünün əsas rəqibi hesab edir. 

Amma Qərbdə bir tərəddüd var. Onlar hələ klassik mənada soyuq müharibə terminini işlətməkdən çəkinirlər...

Qədim Çin filosofları isə deyirdi ki, hər şeyi öz adı ilə adlandırın, onda bir çox məsələlər sadələşəcək. İndi isə Qərb diplomatik manevrlər edir. Halbuki bir məsələ çoxdan aydındır. O da budur ki, “şər imperiyası” yenidən dirçəlməyə can atır. 

Bəli, Qərbdə də Rusiya ordusundakı yeni keyfiyyət dəyişikliyi - çeviklik ciddi şəkildə qiymətləndirilir. Orada da etiraf etməyə başlayıblar ki, Rusiya ordusu çox mobilləşib, onlar hətta hərbi təlimləri dərhal hansısa dövlətə qarşı əməliyyata çevirə bilərlər...
Qərəz, təhlükə realdır. Demək olmaz ki, NATO bunu heç görmür. Yox, Blok bu ölkə ilə bütün əlaqələri kəsib. İndi isə vurğuları düzgün qoymağın vaxtıdır. Hər dövrün öz məntiqi var. 



Bəziləri deyir ki, Rusiya hal-hazırda qlobal və fərqli ideyanın daşıyıcı deyil, daha kommunizm təhlükəsi yoxdur. Bəlkə də. Amma bu ölkədə SSRİ-ni bərpa etmək haqqında açıq və ciddi mətnlə danışmaqdan belə çəkinmirlər. Məgər bunun özü qlobal və fərqli ideya deyilmi?



ABŞ İraq kampaniyasına təxminən bir trilyon dollar xərclədi. Demək olar ki, bu pullar havaya sovruldu. İndisə gündəlikdə İraqdan da ciddi bir problem var və o, etiraf olunmalıdır. Bu günün də sualı budur ki, ABŞ Rusiyanı diz çökdürmək üçün nə qədər xərcləyə bilər?

İraqdan fərqli olaraq bu pullar havaya sovrulmayacaq. Açığını etiraf edək ki, Avropa ilə assosiasiya sazişi həm də bazarlar uğrunda rəqabətdir. Bu rəqabət hansısa ölkələrə iqtisadi divident, digərlərinə isə, əksinə, iqtisadi tənəzzül və böhran gətirəcək. 
Rusiyada bunu daha yaxşı dərk edirlər. Bu ölkə hətta Ukraynaya pul xərcləmək də istəyirdi-təxminən 15 milyard avro təklif edirdilər. Ukrayna Avropanı seçdi. Bu seçim Avropada öz adekvat cavabını tapmalıdır. Bəli, Ukraynaya hər cür siyasi dəstək göstərilir. Amma bu, çox azdır...

Maraqlıdır ki, ümumi situasiyanı bir qədər uzaqda - Azərbaycanda daha ciddi qiymətləndirirlər. Güman edirik ki, ölkədə QHT-lərə qarşı başlanan total hücum təsadüfi deyil. Bir az əvvəldə qeyd etdik ki, bir vaxt QHT-lər, hüquq-müdafiə təşkilatları və demokratiya qurumları SSRİ-dəki rejimi içəridən çökdürmək üçün mühüm instrument oldu...

Demirik ki, soyuq müharibə yüzə-yüz başlayacaq. Amma Azərbaycanda hakimiyyət özünü bütün təhlükələrdən, hətta bu gün üçün mübahisəli görünən təhlükələrdən belə qorumağı sevir...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar