Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiya və İrana qarşı - İranla “altılıq” ölkələri arasında nüvə sazişi pozularsa nə olacaq?


Zaur Məmmədov: “Hazırkı geosiyasi şəraitə görə İranı diz çökdürmək, həm də Rusiyanı çökdürmək deməkdir”


ABŞ prezidenti Donald Tramp hər nəyin bahasına olursa olsun, İranı neytrallaşdırmaq, daha doğrusu diz çökdürmək istəyir”.

Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasını pozmaq üçün yeni üsullar axtarması xəbərini PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

ABŞ-Rusiya, ABŞ-İran münasibətləri hər gün daha da dramatikk vəziyyət almaqdadır. Diplomatik mənbələrin məlumatına görə, ABŞ Vyanada xarici inspektorlarla İranın nüvə tədqiqatlarının aparıldığı ehtimal edilən hərbi obyektlərinə giriş imkanlarını araşdırır. Ötən ayın sonlarında adı açıqlanmayan mənbə Assoşieyted Press agentliyinə bildirmişdi ki, Tramp Adminstrasiyası İranın “şübhəli” obyektlərində monitorinqlər keçirilməlidir. Assoşieyted Press agentliyinə danışan mənbə iddia etmişdi ki, Tramp Adminstrasiyası Avropa ölkələri ilə İranın yeni nüvə sınaqlarının qarşısını ala bilmək üçün danışıqlar aparır. Bundan əvvəl isə ABŞ prezidenti bildirmişdi ki, Tehranın nüvə sazişinə əməl edəcəyinə inanmır və İran bu sazişdən sadəcə istifadə edir. İran isə öz növbəsində ABŞ-ın yeni sanksiyalarına qarşı rəsmi Tehran nüvə sazişindən çıxa biləcəyini bəyan edib.

Bir çox siyasi ekspertlər hesab edirlər ki, Tramp Adminstrasiyasının bu addımı Obama dövründə əldə olunan nüvə sazişindən imtinaya əsas yaratmaq məqsədi daşıyır. Çünki İran yeni monitorinqə heç vaxt izn verməyəcək və bu da nəticədə 2015-ci ildə əldə olunan razılaşmanın ləğv olunması ilə nəticələnəcək. Ona görə də ekspertlər hesab edir ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) ekspertlərinin hərbi obyektlərə girişinə qadağa qoysa, ABŞ bu bəhanəni tapacaq. Çox güman ki, bu, belə də olacaq. Həmçinin qeyd edilir ki, Trampın razılaşmadan imtina etmək üçün kifayət qədər əsası var. Xüsusilə Senatda respublikaçılar üstünlük təşkil edir və bu, İranla əldə olunan nüvə razılaşmasının ratifikasiyasına mane olmaq üçün yaxşı imkandır. Hazırda görünən odur ki, İrana qarşı yeni sanksiyalar tətbiq edən ABŞ “altılıq” ölkələrinin İranla əldə etdiyi nüvə razılaşmasını pozmaq üçün yollar axtarır və İranı nüvə sazişindən çıxmaqdan başqa yol buraxılmır. Lakin dünən ABŞ mətbuatına danışan Dözlət Katibi Reks Tillerson etiraf edib ki, İran məsələsində onunla prezident Tramp arasında fikir ayrılığı mövcuddur. Reks Tillerson prezidentlə fikirayrılığının məhz nədən ibarət olduğunu aşıqlamasa da, Dövlət Katibinin Rusiya məsələsində deyil, məhz İran məsələsində prezidentlə fikir ayrılığı içində olduğunu etiraf etməsi diqqət çəkib. 

Öz növbəsində İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif dünən İstanbulda bildirib ki, ABŞ-ın yeni sanksiyaları nüvə sazişinin müddəlarını pozur. Zərif qeyd edib ki, İran nüvə sazişinin pozulmaması üçün hüquqi addımlar atır və beynəlxalq aləmdə ABŞ-ın bu addımlarının müzakirəsinə və qınanmasına çalışır.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasındakı nüvə sazişi 2015-ci ildə imzalanıb və bu sazişdən sonra İrana qarşı tətbiq olunan bir sıra iqtisadi sanksiyalar qaldırılıb.

İran nüvə sazişindən çıxdığı və nüvə silahına sahib olmaq üçün nüvə araşdırmalarını bərpa edəcəyi halda regiondakı siyasi qarşıdurma müharibə təhlükəsinə qədər inkişaf edə bilərmi? Ümumilikdə İranın nüvə sazişindən çıxdığı və ABŞ və İsraillə açıq qarşıdurmaya getdiyi halda Yaxın və Orta Şərqdə hadisələrin inkişafını necə proqnozlaşdırmaq mümkündür?

Bu mövzu ilə bağlı PİA.AZ Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov fikirlərini öyrənib. 

Картинки по запросу politoloq zaur məmmədov















Zaur Məmmədov: “İran ətrafında vəziyyət mürəkkəbləşərsə, rus qoşunlarının Ermənistan vasitəsi ilə İrana girişinin və orda yerləşəcəyinin şahidi olacağıq”.


İrana hərbi müdaxilənin mümkün olmadığını vurğulayan  politoloq Zaur Məmmədovun fikrincə, İran nüvə sazişindən çıxmayacaq. Çünki bu rəsmi Tehran üçün rasional gediş olmaz:

“Bu gün ABŞ dünyadakı bütün məsələrdə diktə edən tərəfdir. İran isə, bəzən ABŞ-dakı bəzi dairələrin bu planlarını pozan aktyor qismində çıxış edir. Tehran, Moskva ve Dəməşq üçlüyü bu gün ABŞ üçün əsas düşmən obrazında çıxış edən fiqurlardılar. ABŞ prezidenti Donald Tramp hər nəyin bahasına olursa olsun, İranı neytrallaşdırmaq, daha doğrusu diz çökdürmək istəyir. Bu ABŞ-ın Yaxın və Orta Şərqdə mütləq hegemoniyasının yaranmasıyla yanaşı, həm də Trampın ikinci dəfə prezident seçilə bilməsi üçün açılacaq qapı ola bilər.

Təbii ki, hazırkı geosiyasi şəraitə görə İranı diz çökdürmək, həm də Rusiyanı çökdürmək deməkdir. Ona görə də, İran ətrafında vəziyyət mürəkkəbləşərsə, rus qoşunlarının Ermənistan vasitəsi ilə İrana girişinin və orda yerləşəcəyinin şahidi olacağıq. Rus ordusu hər nəyin bahasına olursa olsun İranda ABŞ-a qarşı mübarizə aparacaq. Mən İranla bağlı yaranmış hazırkı durumu ikinci dünya müharibəsində yaranmış vəziyyəyin anoloqu olaraq görürəm. Hazırkı vəziyyət bir növ ikinci dünya müharibəsinin sonuna yaxın cənub qonşumuzda baş verən hadisələrlə oxşar bir vəziyyətdir. 

Lakin, digər tərəfdən İran, daha doğrusu fars rejimi hər zaman bizə məlum olan Qərb qüvvələri tərəfindən dəstəklənib. Bu ölkədə siyasi dəyişikliklərə imkan versələr də, dövlətin ərazi bütövlüyü məsələsində onlar ortaq fikirdirlər. Yəni İranın ərazi bütövlüyü pozulmamalıdır. Onu da qeyd edim ki, İran nüvə sazişindən çıxmayacaq. Çünki bu rəsmi Tehran üçün rasional gediş olmaz. Ümumiyyətlə isə, İrana ABŞ-ın hərbi müdaxiləsini gözləmirəm. Bu olmayacaq. Sadəcə hesab edirəm ki, müxtəlif yollarla, xüsusən də iqtisadi sanksiyalarla İrandakı rejimi içdən dağıtmaq taktikasının daha da aqressiv formasını müşahidə edəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar