Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Qarabağ problemində təşəbbüsü ələ keçirə bilərmi?


Sülhəddin Əkbər: “Bu konfliktin həlli, yalnız Rusiyanın bütün tələbləri yerinə yetirildiyi halda, Rusiyanın “icazəsi” ilə mümkündür”


Bildiyimiz kimi, AzərbaycanErmənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəkləri gözlənilir. 

Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar. Bəs görüşün ABŞ-da keçirilməsi, Moskva ilə soyuq savaş həddində olan Vaşinqtonun münaqişəni mümkün qədər öz nəzarəti altına almaq istəməsi kimi qəbul etmək olarmı?

Mövu ilə bağlı Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbərin mövqeyini öyrəndik. Politoloq, PİA.Az-a açıqlamasında qeyd etdi ki, bu münaqişə, beynəlxalq münasibətlərin mövzusuna çevrilib və beynəlxalq oyunçular da Rusiya, xüsusən ABŞAvropa Birliyi  kimi oyunçulardır:










Sülhəddin Əkbər: "Mən bu görüşün hər hansı bir əhəmiyyəti olacağını və xüsusən də nəticə verəcəyini düşünmürəm"


“Bu münaqişə artıq çoxdan regional mahiyyət etibari ilə münaqişə olsa da, beynəlxalq xarakter daşıyır. Yəni beynəlxalq münasibətlərin mövzusuna çevrilib və beynəlxalq oyunçular da Rusiya, xüsusən ABŞAvropa Birliyi  kimi oyunçulardır. Bu oyunçular da zaman-zaman problemin həllində təşəbbüsü öz əllərinə almağa cəhd göstərirlər. Amma bu günə, kimi belə cəhdlər çox olub və heç bir nəticə də verməyib. Mən dəfələrlə bu fikri demişəm, neçə ki, bütövlükə postsovet məkanında xüsusən də Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi dominantlığı davam edir, bu konfliktin həlli mümkün deyil. Bu konfliktin həlli, yanlız Rusiyanın bütün tələbləri yerinə yetirildiyi halda, Rusiyanın “icazəsi” ilə mümkündür”.

Partiya sədri həmçinin, görüşün Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsinə salınmasını və bu görüşün Azərbaycanda keçiriləcək seçkilərə hər hansı təsiri ola bilməsi məsələsinə də  münasibət bildirib:

”Sadəcə bu görüşü təşkil etməklə göstərmək istəyirlər ki, ATƏT-in Minsk Qrupu işləyir və diplomatik fəaliyyət davam edir”


“Mən bu görüşün hər hansı bir əhəmiyyəti olacağını və xüsusən də nəticə verəcəyini düşünmürəm. Bildiyimiz kimi ATƏT-in Minsk Qrupu həmsədrləri çox ciddi tənqidlərə məruz qaldı. Azərbayacan da Misk qrupun tənqid etdi. Sadəcə bu görüşü təşkil etməkdə göstərmək istəyirlər ki, ATƏT-in Minsk Qrupu işləyir və diplomatik fəaliyyət davam edir. Bu yalnız diplomatik göstəriş üçün olacaq bir görüşdür. Xüsusən də, seçki qabağı bu görüşdən hər hansı bir gözlənti yersizdir”.

Xatırladaq ki, Prezident İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar