Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Putinin qaz şantajına son qoyur!

Kremlin planlarına “Seneş zərbəsi”


Çox yaxın zamanlarda Seneş portu Avropaya qaz nəqlinin diversifikasiya edilməsi baxımından mühüm kanallardan biri ola bilər. Bu isə öz növbəsində bir yanacaq kimi Rusiyanın təbii qazdan siyası silah kimi istifadə etməsinin qarşısını alacaq.

ABŞ-dan Portuqaliyanın Seneş portuna və oradan isə Avropaya göndərilən ilk şist qazı, hələlik Rusiyadan alınan qazın həcminə çox ciddi təsir göstərməyib. Lakin bu hadisəyə avropalıların öz enerji təhlükəsizliklərinin qayğısına qalmağın əlaməti və enerji daşıyıcılarının tədarük mənbəyinin diversifikasiyası kimi baxmaq lazımdır.

Rusiyalı bəzi analitiklər ABŞ-dan Portuqaliyaya gələn ilk sıxılmış qaz tankerini, Avropanın Rusiyanın “Qazprom” şirkətindən asılılığını zəiflətmək üçün aparılan geosiyasi və iqtisadi müharibənin başlanğıcı kimi qəbul edirlər.

Rusiya Ali İqtisad Məktəbinin nəzdindəki “İnkişaf mərkəzi” institutunun direktor müavini Valeri Mironov deyir: ”ABŞ-dakı şist qazının çıxarılmasının maya dəyəri çox yüksəkdir və Amerika Avropaya yalnız o zaman böyük həcmdə qaz nəql edə bilər ki, həmin maya dəyəri müvafiq səviyyədə olsun. Lakin əgər şist qazının çıxarılması rəqabət üçün rentabelli olarsa, onda öz büdcəsinin əhəmiyyətli hissəsini təbii qaz ixracından əldə olunan gəlirlər üzərində quran Rusiya heç də az itirməyəcək.”

Hazırda “QazpromMoskva ilə Kiyev arasında siyasi və iqtisadi silaha çevrilən və Ukraynadan keçən boru kəməri vasitəsilə, Avropanın qaza olan ehtiyacının üçdə birini ödəyir.

İndiki vəziyyətdə “Qazprom” rəqabətə dözümlülüyü qorumaq üçün öz məsrəflərini azaltmaq barədə düşünür. “Qazprom” avropalı müştərilərlə ortamüddətli və uzunmüddətli müqavilələr əsasında işləyir. Şübhə yoxdur ki, onlar sövdələşmələri poza bilməzlər, çünki bu onlar üçün ciddi cərimələrə başa gələr. Lakin buna baxmayaraq, müqavilələrin vaxtı gec və ya tez sona çataçaq.

Ümumiyyətlə isə, hər şey ABŞ-dan Avropaya göndəriləcək təbii qazın həcmindən və keyfiyyətindən asılıdır. “Energetik inkişaf” fondunun baş direktoru Sergey Pikin bildirir: ”Amerikanların Avropaya göndərdiyi qazın həcmi “Qazprom”un nəql etdiyi qazla müqayisədə çox azdır. ”Qazprom” holdinqi vəziyyətə diqqət etməlidir, hələki amerikanların bu cəhdinin ciddi qaz tədarükünə çevriləcəyi tam olaraq bəlli deyil. Məsələ qiymətdən və göndərilən qazın keyfiyyətindən asılı olacaq. Baxaq görək, irəlidə hadisələr necə inkişaf edəcək”.

Rusiya Federasiyası hökuməti nəzdindəki Maliyyə Universitetinin professoru İqor Yuşkov hesab edir ki, Amerika qazının Avropaya göndərilməsi “Qazprom”un maraqlarından daha çox Əlcəzairin maraqlarına toxunacaq. O, bu barədə deyib: ”Mən daha çox Əlcəzairdən narahatam, çünki onların qazı, bahalı Amerika şist qazının rəqibidir. Ona görə də, belə güman etmək olar ki, ABŞ öz rəqibini sıxışdırıb çıxarmaqdan ötrü Əlcəzairdəki inqilabi hərəkata yaşıl işıq yandıra bilər. Digər tərəfdən isə Əlcəzair ilə rəqabət aparan ABŞ-Qatar dostluğunu da unutmayaq.”

Rusiya “RİA” dövlət informasiya agentliyinin jurnalisti Vladimir Ardayev simptomatik başlıqlı “ABŞ-ın qaz hücumu” analitik məqaləsindən Kremlin bu problemə necə təhlükə ilə yanaşması tamamilə aydın olur. V.Ardayev yazır: ”Amerikanın Avropaya göndərdiyi sıxılmış təbii qazı, partlamaya hazır olan mina və ya hansısa təhlükəli xəbərdarlıq hesab etmək olar”.

Hər necə olmasına baxmayaraq, bu məsələlərin polemikasında Seneş portunu strateji cəhətdən diqqət mərkəzinə gətirir. Portuqaliya və Priney yarımadası şist qazının ixracının əsas dünya tranzit xətlərindən birinə çevrilə bilər. Keçən ilin senyabr ayında Beynəlxalq enerji iqtisadiyyatı assosiasiyasının sədri Gürkan Kumbaroğlu Ayveru Universitetindəki konfransın gedişində bildirib: “Avropada təbii qazın çatdırılması üçün “mərkəzi nəqliyyat xətti”nə çevrilə biləcək iki region var: bunlar – Şərqi Avropada Tükiyə, Qərbi Avropada isə Portuqaliyadır. İqtisadi böyümə bütün dünyada enerjinin əhəmiyyətini yüksəldir. Enerji resursları nəqlinin divesifikasiya olunması və bu sahədəki rəqabət, Avropa iqtisadiyyatının əsas elementlərindən biri olan gələcək qiymətlər barəsində ümidverici mənzərə yaradır. Belə ki, ABŞ-da çıxarılan şist qazı bütün dünyadakı enerji balansına mühüm təsir göstərir. Getdikcə ABŞ dünya enerji arenasında daha böyük çəkiyə malik olmağa başlayır. Priney yarımadası bu inkişafın təsiri altında Avropanın yeni enerji klapanı ola bilər. Başqa sözlə desək, Avropanın şərq qurtaracağında Türkiyə üçün və qərb tərəfində isə Portuqaliya və İspaniya üçün energetikanın potensial gəlir mənbəyinə çevrilməsi mümkündür”.

Əgər belədirsə, onda Seneş portu Avropa Birliyi ölkələrinə qazın nəql olunması istiqamətində mühüm diversifikasiya kanalı rolu oynayacaq və beləlkilə də, Rusiyanın təbii qazdan siyasi silah kimi istifadə etməsinə imkan verilməyəcək.

(“Observador” – Portuqaliya)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar