Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Maliyyə Nazirliyi dövlət katibini “vurdu”


Maliyyə Nazirliyinin son qərarı Reks Tillersona ağır zərbə vurub və onu pis vəziyyətə salıb


ABŞ Maliyyə nazirliyi bu həftənin 4-cü günü Exxon Mobil Corp. şirkətini 2 milyon dollar cərimələyib. Nazirlik bu qərarını şirkətin ABŞ-ın Rusiya üzərinə qoyduğu sanksiyaları görməzlikdən gələrək Rosneft şirkəti ilə bir sıra müqavilələr bağlaması ilə əsaslandırıb.

Lakin Maliyyə Nazirliyinin bu addımı bəsit cəzalandırma aktından ibarət deyil. Məsələnin siyasi nəticələri daha böyük ola bilər.

“Məsələ burasındadır ki, şirkətin cəza yeməsinə səbəb olduğu müqavilələr ABŞ dövlət katibi Reks Tillersonun onun başında olduğu zamanda imzalanıb”, - The Wall Street Journal yazır.

Qəzetin yazdığına görə, Tillersonun başçılığı altındakı Exxon Mobil 2014-cü ilin başlanğıcında Rusiyanın Krımı işğal etməsi ilə əlaqədar sanksiyalara məruz qaldığı bir dövrdə Kremllə əməkdaşlığını daha dərinləşdirib.

Maliyyə Nazirliyi bəyan edir ki, şirkət bu dövrlərdə Rusiyada neft və qaz layihələri ilə bağlı Rosneft-in rəhbəri İqor Seçinlə 8 sənəd imzalayıb.

Nazirliyin bəyanatında şirkət rus kəşfiyyatının keçmiş zabiti və Putinin yaxın dostu Seçinlə saziş bağlamaqla sonuncunun üzərinə qoyulan şəxsi sanskiyanı da dəlmiş olub.

Exxon-un nümayəndəsi cəriməni hiddətlə qarşıladıqlarını və Maliyyə Nazirliyinin qərarını məhkəmədə mübahisələndirəcəklərini bildirib. Onların fikrincə qərar o dövrdə hakimiyyətdə olan Barak Obama administrasiyasının tövsiyyələrinə ziddir.

Onlar tətbiq olunan sanksiyalaırn şəxslərə yönəlik olduğunu və hüquqi şəxsləri əhatə etmədiyini vurğulayıblar.

Məsələ ilə bağlı açıqlama yayan Dövlət Departamentinn nümayəndəsi Hizer Noyert isə Tillersonun Ukrayna üzündən Rusiyaya tətbiq olunan sanksiyaların saxlanmasının tərəfdarı olduğunu bildirməyə məcbur olub.

“Son hadisə Tillersona vurulan böyük zərbədir”, - Vaşinqtonda yerləşən Atlantic Council-in Rusiya üzrə eksperti Anders Aslund qeyd edir.

The Washington Post isə Tramp administrasiyasının iki qüdrətli nazirinin Reks Tillersonun və Stiben Mnuçinin məhkəmədə üz-üzə gəldiyini qeyd edir.

“Tramp öz nazirlər kabinetini sənayenin və maliyyə çevrələrinin titanları ilə doldurmağa çalışırdı. O ümid edirdi ki, onların kollektiv təcrübəsi bir çox problemi aşmağa imkan verəcək. Lakin yeni fakt onu göstərdi ki, kabinet üzvləri korporativ praktikada həll olunmayan bir çox problemi özləri ilə bərabər gətirə bilərlər”, - məqalədə qeyd olunub.

Məqalədə Maliyyə Nazirliyinin son qərarını əsaslandırmaq üçün işlətdiyi cümlələrə diqqət çəklir. Belə ki, burada Exxon Mobil şirkətinin yüksək rəhbərlyinin İqor Seçinin üzərinə qoyulan sanksiyaları “görməzliyə vurduğu və 8 sazişi imzalamaqla Ukraynaya görə Rusiyanı cəzalandırma tədbirlərinə böyük ziyan yetirdiyi” qeyd olunub. Həmin vaxt isə şirkətin “yüksək rəhbərliyi”nin başında duran isim Reks Tillersondan başqası deyil.

Exxon özü Seçinlə iş sazişlərini imzaladığını inkar etmir, lakin buna həmin vaxt Obama hakimiyyətinin etiraz etmədiyini bildirir.

“Tillerson dünyanı ən iri şirkətlərindən birinin rəhbəri kimi Seçinin qara siyahıda olduğunu bilirdi. Burada əsas maraq doğuran məsələ sanksiyaların icrası ilə məşğul olan OFAC-ın (Maliyyə Nazirliyi Xarici aktivlər üzərində nəzarət idarəsi) göstərişlərinin konkret olaraq Rosneftlə imzalanana müqavilələrə aid edilib edilməməsi ilə əlaqədardır”- Eurasia Group analitik şirkətindən Klif Kupçan qəzetə bildirib.
Şirkət OFAC-ı inandırmağa çalışır ki, Seçinin qara siyahıya salınması Rosneftlə iş müansibətlərinə aid edilə bilməz.

Lakin OFAC İqor Seçinin şəxsi və peşəkar maraqları ilə “Rosneft”in hədəfləri arasında fərq olmadığını bəyan edib.

Qəzet buna görə şirkətin məhz Tillersonu təmizə çıxarmaq üçün maliyyə nazirliyini məhkəməyə verdiyini vurğulayır.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar