Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresində “DQR” “prezidentinə” mükafat verəcəklər?


ABŞ Konqresi "feyk xəbərlərin" yaradılması üçün özündən istifadə etməyə icazə verməklə olduqca pis vəziyyətə düşə bilər


Virtualaz.org bildirir ki, bu barədə Qarabağ separatçılarının lideri Bako Saakyanın ABŞ-a gözlənilən səfərini şərh edərkən ModernDiplomacy.eu nəşri yazıb.

"Özünü qondarma ölkənin ("DQR" - red.) "prezidenti" elan etmiş Bako Saakyan çərşənbə günü (14 martda) ABŞ-ın Kapitoli ştatında çıxış edəcəyi və hansısa anlaşılmayan mükafat alacağı bir tədbir planlaşdırıb. Göndərilmiş dəvətlərdə bu tədbir "Konqresdə qəbul" adlanır, hərçənd siyahıda əsl Konqres üzvü yoxdur", - deyə nəşr qeyd edir.

Sonra Modern Diplomacy faktlara istinad edərək yazır: ““DQR” - 1988-1994 illərdə müharibədə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionudur. Dağlıq Qarabağ regionu və ətrafındakı ərazilər tarixən Azərbaycana məxsus olub. 1988-ci ildə Ermənistanın təcavüzü başlandı. Altı il sonra, nə vaxt ki, atəşkəs elan edildi, Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən dəstəklənən erməni separatçılarının əlində qaldı.

… ““DQR” dünyanın heç bir ölkəsi tərəfindən tanınmır. Birləşmiş Millətlər Təşkilatından başlayaraq, bütün beynəlxalq təşkilatlar hesab edirlər ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və Ermənistan tərəfindən qanunsuz zəbt olunub".

Nəşrin fikrincə, Ermənistan "DQR"in mövcudluğunun qanuniliyini sübut edə bilmir, buna görə də "faktların yayılması" strategiyasına əl atır: "O, uşaq və ya yalanı uzun müddət təkrarlayaraq onun həqiqət kimi təqdim edilməsinini mümkünlüyünə ümid edən siyasətçi kimi elə hesab edir ki, başqalarını da buna inandırmaq olar. Ermənistan düşünür ki, əgər o, "artsax " milləti haqda uydurmanı çox yayarsa, yekunda o fakta çevriləcək”.



Bako Saakyanla bağlı Kapitolidə çərşənbə gününə planlaşdrılan gələcək hadisə dünyada ən mötəbər məsləhətçi orqan olan ABŞ Konqresi obrazından istifadə edərək bu uydurmanı qurmaq cəhdidir.

"DQR" qondarma ölkə ola bilər, amma onun yalançı "prezidenti" Bako Saakyan hazırda AzərbaycanErmənistan arasında münaqişənin sülhlə nizamlanması yolunda əsl maneədir.

"İnternet sayəsində biz elə dövrdə yaşayırıq ki, istənilən aktyorlar istənilən vaxt həqiqətə oxşar saxta xəbərlər yarada bilərlər. Onlar bütün dünyada tez yayılır və real nəticələrə gətirib çıxara bilərlər. Hələlik məlum deyil ki, hökumətlər və ölkələr bu yalan axınını dayandırmaq üçün nə edə bilərlər. Amma bir şey, hansını ki, etmək olar, məlumdur - bu, pis aktyorların demokratiyanın və qanunauyğunluğun müqəddəs simvollarına giriş cəhdini rədd etməkdir… Erməni lobbisinin nə qədər nüfuzlu olmasından asılı olmayaraq ABŞ Konqresi saxta siyasətçilərin və onların saxta tədbirlərinin onun divarları arasında və himayəsi altında keçirilməsinə icazə verməməlidir", - deyə nəşr qeyd edir.

Xatırladaq ki, bu günlərdə Yerevanda nəşr olunan "Jamanak" qəzeti yazmışdı ki, yaxın vaxtlarda “DQR” "prezidenti" Bako Saakyan "işçi səfərlə" Birləşlmiş Ştatlara baş çəkəcək, orada Senatın və Nümayəndələr Palatasının üzvləri, eləcə də ekspert dairələri, həmçinin erməni icmasının nümayəndələri ilə görüşlər keçirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar