Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İranda kimə dayaqlanmalı və nəyə köklənməlidir?

Prezident Trampın İranla razılaşmasından çəkilmə qərarı və İslam Respublikasına davamlı təzyiq öncəgörülən cavabla qarşılaşıb


Tənqidçilər tarixə, xüsusilə qeyri-məhsuldar 1953-cü il çevrilişinə istinadla, bu strategiya əleyhinə çıxırlar. Ancaq keçmişə daha diqqətli baxış çəkindirmə siyasətinin rejimi dəyişmənin ən yaxşı yolu olduğunu göstərir.

Amerikalı və Avropa rəsmiləri kimi, qərbçilər İranı avtokratik sabitlik adası, mollaların repressiya vasitələrini isə dağılmaz görürlər. Ancaq ötən əsrin böyük hissəsi boyu İran öz səlahiyyətlərini qorumaq istəyən hökmdarlar və azadlıq axtarışında olanların mübarizəsinə şahid olub.

1905-ci ildə Məşrutə inqilabı İran tarixində qan tökülməsi ilə, təmsilçilik anlayışını meydana gətirdi. 20-ci əsrin ilk yarısında parlament (Məclis) qovğaları əzələ nümayişi ilə sıx bağlı idi. Yerli zadəganlar kəndliləri, fəhlələri və həmtayfalılarını parlament heyətini seçə biləcək qutulara yönəldirdi.

Bu, əlbəttə, Cefferson demokratiyası deyil, amma sistemin legitimliyi vardı. Bir-birinə torpaq, ailə, ənənə və səslə bağlı olan idarəedici sinfi və insanlar şikayətləri həll etmək üçün mexanizm yaratmışdılar. Nəticə etibarilə, parlament heyətləri yerli narahatlıqlara həssas idi.

İlk Pəhləvi hökmdarı Rza şah bu sistemə meydan oxudu və müasirlik naminə iradəsini qüvvəyə mindirdi. 1941-ci ildə onun taxt-tacdan imtinasından sonra konstitusiyalı hakimiyyət yenə gücləndi. Ancaq 1953-cü ildəki çevriliş baş nazir Məhəmməd Müsəddiqin devrilməsi ilə İranın demokratik təkamülünü pozuldu.

Bir anlıq əsrarəngiz Mərkəzi Kəşfiyyat İdarəsinin intriqasını unudun; 1953-cü ildə baş verənlər İranın fərdi təşəbbüsü idi.

Bu gün ABŞ-ın müdaxiləsi ilə bağlı əsas qayda budur: tanqo üçün iki nəfər rəqqas tələb olunur.

1953-cü il çevrilişi də bunu sübut edir. Bir zamanlar qanunun aliliyi və milli suverenliyin təcəllisi olan Müsəddiq 1951-ci ildə parlamentin “Anglo-Persian Oil Co”-nu milliləşdirməsindən sonra getdikcə daha avtoritar və şöhrətpərəst oldu. Bu qərarın maliyyə çətinliklərini adlamaq istəyərkən, baş nazir saxta seçkilər keçirmək, parlamenti dağıtmaq və monarxiyanın səlahiyyətlərini qəsb etmək niyyətinə düşdü.

İran siyasətçiləri, hərbiçilər və mollalar baş nazirliyi ələ keçirmək üçün bir araya gəldi. Onlar müxtəlif qüvvələri ətrafına toplamış hökmdar Məhəmməd Rzaya güvəndi. CIA çevrilişin planlaşdırılmasında iştirak edirdi, amma ilk əməliyyat zamanı geri çəkildi. İranlılar nəzarəti ələ aldılar və baş naziri devirdilər. Bunu etməklə onlar iqtisadiyyatını canlandırmağa və siyasi təsisatlarını qorumağa çalışırdılar.

Müsəddiq Lənqlidə yazılmış ssenari ilə yox, öz ölkəsində eliti və xalqının dəstəyini itirdiyi üçün “taxtdan endi”.

1971-ci ildə özünü şahənşah elan edəndən sonra Məhəmməd Rza mükəmməl idarəçiliyi ləğv etmək üçün əlindən gələni əsirgəmədi. İranın neft vəsaitini silahlanmaya sərf etdi. İranın nüfuzlu parlamentini “rezin möhür” halına saldı. Onun gizli polisi qeyri-peşəkar və nifrətamiz kimi tanındı. Şah ruhaniləri özündən uzaqlaşdırdı və köhnə elitanı yaltaqlarla əvəz etdi.

Lakin şahı devirən 1979-cu il inqilabı demokratiya istəyində olan ictimaiyyətin ümidini boşa çıxardı. Teokratiyadan imtina edən ilk seçici kütləsi tələbələr idi və 1999-cu ildə etiraz aksiyası ilə onu islah etmək istəyən rejimin arzusunu gözündə saxladı. Sonra, 2009-cu ildə möhtəşəm “Yaşıl Hərəkatı” baş verdi. Prezident seçkilərində fırıldaqçılıq kütləvi etiraza səbəb oldu və rejimi orta sinfin gözündən düşdü.

2017-ci ilin dekabrında təxminən 100 İran şəhəri və qəsəbəsində etiraz aksiyasına başladı. Kasıblar rejimin son qüdrət qalası kimi görünürdü, müqəddəslik və ümumi rifah dövləti anlayışları ilə teokratiyaya bağlı idi. Amma bu dəfə onlar başqa şüarlar səsləndirdilər.

Təhlükəsizlik aparatının sönük təmsilçisi olan prezident Həsən Ruhani bir zamanlar narazılıqları yatırmaq üçün nüvə sazişinin kifayət qədər xarici investisiyalar meydana gətirəcəyini düşünürdü. Bu istəyi hələ prezident Trampın iqtidara gəlişindən qabaq da uğursuzluğa düçar oldu. İslam Respublikasında etibarlı bank sistemi və ya qanunun aliliyinə bənzər bir şey olmadığı üçün kifayət qədər sərmayədar cəlb etmək çox çətindir. Sovet İttifaqının 1970-ci illərdəki durumundan daha mürəkkəb durum!

Müasir İran tarixində əsas mövzu özünü təcavüzkar-monarxial və islamçı istibdaddan azad etmək istəyən xalqdır. Klerikal rejimini məhv etmək üçün strategiya hazırlamaq çətin deyil: ABŞ İran tarixi ilə Sovet İttifaqı təcrübəsinə əsaslana bilər. Amma bu, səbr tələb edər.

İranlılar, ümumiyyətlə, 1953-cü illə bağlı ABŞ-a kin bəsləmirlər. ABŞ və İngiltərəyə tez-tez gedən inqilabçı elitanın uşaqları da. Vaşinqton üçün ən böyük maneə özünü kökləmədir: o, İranın demokratiya axtarışına ciddi yanaşmalıdır.

 Reuel Mark Gerext, Rey Takeyh

“Wall Street Journal”

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar