Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İrana qarşı “B Planı”nı açıqladı


ABŞ dövlət katibi Mayk Pompeo vəzifəyə təyin olunduğu vaxtdan bəri bu gün ilk böyük siyasi nitqini söyləyib


Onun çıxışı nüvə sazişindən çıxan Amerikanın İrana münasibətdə yeni siyasi kursuna - "B planı"na həsr edilib.

AzVision.az CNBC-yə istinadən xəbər verir ki, Pompeo İranın “nə indi, nə də heç vaxt” nüvə silahı əldə etməməsi üçün ABŞ ciddi işə keçəcək. O, İranı daha sərt sanksiyalarla da təhdid edib. Bildirib ki, nüvə sazişi ilə aradan qaldırılan sanksiyalar artıq bərpa olunmaq üzrədir və İranın onsuz da kövrək iqtisadiyyatına əsaslı təzyiq olacaq: “Bu, sadəcə başlanğıcdır. Sanksiyaların təsiri ağrılı olacaq. Tam hazırlanandan sonra, bunlar tarixdəki ən güclü sanksiyalar olacaq.” 

Əgər güzəşt istəyirsə, Pompeo ABŞ-ın İrana qarşı tələblərini yerinə yetirməli olduğunu vurğulayıb. Bu tələblər isə - ballistik raketlərin hazırlanmasını dayandırmaq, İranda həbsdə saxlanılan Amerikalıları azadlığa buraxmaq, Suriyadan qoşunlarını çıxarmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaqdır. 

“Yaxın Şərqdə dominantlıq etmək üçün İran bir də heç vaxt kart-blanşa sahib olmayacaq.” – deyə ABŞ dövlət katibi xüsusilə vurğulayıb. 

Nüvə silahı əldə edərsə, bunun İran iqtisadiyyatı üçün ağır nəticələri olacağilə hədələyən Pompeo, fürsətdən istifadə edib İran xalqına da mesaj göndərərək, öz xalqından oğurlayıb beynəlxalq terrorizmi maliyyələşdirən korrupsioner ölkə rejimini tənqid edib. 

Tehranın Hizbullah kimi silahlı birləşmələrə dəstəyini dilə gətirən Pompeo iranlılara müraciətində “ölkənizin bununla tanınmasını istəyirsiniz? ABŞ inanır ki, siz daha yaxşısına layiqsiniz.” sözlərini işlədib. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar