Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Hitlerə qarşı SSRİ-yə nələr verib? - Siyahı


İkinci Dünya müharibəsi illərində Qərb ölkələri SSRİ-yə həddən artıq yardım göstəriblər


Axar.az xəbər verir ki, müharibə zamanı ABŞ SSRİ-yə 15 min təyyarə göndərib.

1942-ci ilin birinci yarısında Qırmızı orduya göndərilən tankların sayı onun itirdiklərindən üç dəfə çox idi. Üstəlik, ABŞ SSRİ-nin tələblərini ödəmək üçün “General Motors” şirkətinin vasitəçiliyi ilə İranda xüsusi olaraq iki zavod yaratmışdı. Bu zavodlar vasitəsilə İrandan SSRİ-yə 14112 avtomobil göndərilir. Müttəfiqlər SSRİ-yə 1900 parovoz, eləcə də 11 min vaqon göndəriblər. Maraqlı məqam odur ki, bu zaman SSRİ-nin özündə istehsal ümumilikdə 446 parovoz, 1000-dən bir qədər çox vaqon təşkil edib.

Britaniya müharibə ərzində SSRİ-yə 3000 qırıcı, 5218 tank, 5000 tank əleyhinə silah, 4020 yük maşını, 1720 motosiklet verib.

Ümumilikdə ABŞ müharibə zamanı ən çox BritaniyaSSRİ-yə yardım edib. Vaşinqton Britaniyaya müharibə ərzində 384,12 milyard dollarlıq, SSRİ-yə isə 138,23 milyard dollarlıq yardım edib. Britaniya və Kanadanın yardımı ilə bu məbləğ 160 milyard dolları keçib.

Qeyd edək ki, “Levada Çentr”in keçirdiyi rəy sorğusunda rusların böyük əksəriyyəti SSRİ-nin Qərbin yardımı olmadan da Hitler Almaniyasına qalib gələcəyinə əminliyini bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar