Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Dövlət Departamenti prezident seçkisi ilə bağlı açıqlama verdi

“ATƏT-in ilkin qiymətləndirmə missiyası ilə razıyıq”


ABŞ Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin qiymətləndirilməsi üzrə ATƏT missiyası ilə razıdır”.

Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqtondakı müxbirinin sorğusuna cavab olaraq bildirib.

“Birləşmiş Ştatlar prezident Əliyev və Azərbaycan xalqı ilə bəzi mühüm ikitərəfli və regional məsələlər, o cümlədən insan hüquqlarına və azadlıqlara hörmətin təşviqində, iqtisadi islahatların və çiçəklənmənin dəstəklənməsində, terrorizmə qarşı mübarizədə əməkdaşlığa, həmçinin ATƏT-in Minsk Qrupu ilə fəal əməkdaşlıq vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına ümid edir”, -Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Biz Azərbaycanda seçkilərin müşahidəsi üzrə ATƏT-in ilkin qiymətləndirmə missiyası ilə razıyıq. İlkin hesabatda bəzi çatışmazlıqlar qeydə alınıb. Bura əsas azadlıqların məhdudlaşdırılması, həqiqi rəqabətin olmaması daxildir. Seçki administrasiyası resurslarla təmin edilsə də, DTİHB şəffaflığın olmadığını, çoxsaylı ciddi pozuntuların olduğunu, səsvermə zamanı qutulara topa ilə bülletenlerin atıldığını bildirib. Biz prezident Əliyevi və administrasiyasını bu problemlərin operativ həllinə çağırırıq”, – Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirlib. Bəzi müxalifət partiyaları seçkilərdə iştirakdan imtina edərək etiraz aksiyaları keçiriblər.

Bu seçkilər 2016-cı ilə konstitusiya referendumundan sonra keçirilən ilk seçkilərdir. Referendum nəticəsində prezidentlik müddəti beş ildən yeddi ilədək artırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar