Xəbər xətti

24 MAY

11:54 Çağladan keçmiş əri ilə bağlı sərt sözlər

11:50 Makron bu gün Putinlə görüşəcək

11:45 Kapitan 15 illik klubunu tərk edir

11:40 Qanunsuz dövriyyədən 79 kq narkotik çıxarılıb

11:39 GDU-nun dekanı Urfan Həsənov kimdir?

11:36 Valideynlər Ceyhun Bayramova müraciət etdilər - Şamaxıdan

11:32 70 yaşına 19 gün gecikən Fuad Poladov

11:28 ABŞ və Yaponiya razılığa gəlib

11:24 Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr – Siyahı

11:21 Azərbaycanda turistlərə birdəfəlik istifadə olunan obyekt kimi baxırlar?

11:20 Bakıda silahlı şəxslər tutuldular - Foto

11:15 Əbülfəz Məlikov haqda daha bir iddia... - Növbəti zərbə

11:11 “Rəsmi təyin olunmayan şəxslər bəzən azyaşlılara da kəbin kəsir”

11:07 Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – Dəhşətli fotolar

11:03 Ukrayna prezidenti ilə BBC arasında qalmaqal

10:58 Yaşasaydı 70 yaşı olacaqdı

10:54 Mübariz Qurbanlı azanların müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı xəbərdarlıq edib

10:50 Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak maxinasiyasında - Şok faktlar

10:46 “Lirənin, rublun və rialın ucuzlaşması Azərbaycana təsir edəcək”

10:41 Uşaqların I sinfə qəbulu zamanı qoyulan yaş məhdudiyyəti aradan qaldırılır

10:37 İlahiyyat İnstitutuna bina ayrılıb

10:33 Ekspertdən problemli kreditlərin həlli ilə bağlı unikal təklif

10:28 Zöhrə Abdullayevanın oğlu vəfat etdi

10:24 Bakı metrosunda intihara cəhd olub

10:19 Merkel: “Avropa şirkətləri İrandan getməli olacaq”

10:15 Ədliyyə orqanlarında işləmək üçün 640 nəfər imtahan verəcək

10:11 Balakəndə narkobaron həbs edilib, onun evində laboratoriya və silah-sursat aşkarlanıb

10:07 “Moodys” Bakıda “İllik Azərbaycan Sammiti” keçirir

10:00 Instagram-dan yenilik

9:56 Məhkəmədən Trampa “Twitter” qadağası

9:51 Axtarışda olan 30 nəfər saxlanılıb

9:48 4-cü mərtəbədən yıxılan fəhlənin boynu sınıb

9:46 Tələbələrin yataqxana problemi həll olunur

9:42 İraqda partlayış: 8 ölü

9:41 Politoloq: “İsrailin “erməni soyqrımı”nı gündəliyə gətirməsi...”

9:39 Atəşkəs 100 dəfə pozulub

9:35 Göygöldə “Opel” maneəyə çırpıldı: 2 yaralı

9:31 Azərbaycan neftinin bir bareli 81 dolları ötüb

9:27 “Yaşıllıqların bərpası Qaydası”nda dəyişiklik edildi

9:23 Qarabağ məsələsi ATƏT-də yenidən qaldırılacaq

9:19 Gəncədə 45 yaşlı kişi bıçaqlandı

9:16 İsrail “erməni soyqırımını” tanıya bilər

9:12 Abşeronda bıçaqlanma baş verib

9:08 Qazaxda yol qəzası: yaralılar var

9:04 TBMM sədri: “Qarabağ bizim milli məsələmizdir”

9:00 Kamran Əliyev BMT-də məruzə ilə çıxış edib

0:14 Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir

0:10 Bakıda mənzildə kişi meyiti tapıldı

0:08 Türkiyə aviasiyası PKK-nın İraqdakı 6 obyektini məhv etdi

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 MAY

23:55 Ançelotti “Napoli” klubunun baş məşqçisi təyin edilib

23:44 Paşinyan erməni əsgərlərinin qida və geyim problemləri barədə danışdı

23:35 Bitkoin 8 min dollardan aşağı düşdü

23:20 İŞİD Suriyada Əsədə bağlı silahlılara hücum edib - 26 hərbçi ölüb

23:11 Türkiyə və Gürcüstana gedən azərbaycanlıların sayı azalıb

23:03 İran XİN rəhbəri: “Pompeonun açıqlamaları məntiqsiz və əhəmiyyətsizdir”

22:50 Tramp Kim Çen Inla görüşün vaxtından danışıb

22:42 “Pul qazanmaq üçün tulalet təmizlədim”

22:23 Qazaxıstanda qar yağır

22:15 Şəkidə 53 yaşlı qadını ilan sancıb

22:04 Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb

21:55 Yuliya Skripal ilk müsahibəsini verib

21:46 Bərdədə 18 yaşlı qız intihar edib

21:40 Anqola Qüdsə görə diplomatlarını cəzalandırdı

21:28 Bakıda intihara cəhdin qarşısı alınıb

21:15 DÇ-2018: FİFA himnin ifaçılarını açıqladı

21:10 Əli İnsanov ailə üzvlərinin Almaniyaya köçməsi xəbərinə münasibət bildirdi

21:08 “İlqar Məmmədov azadlığa çıxandan sonra onunla bağlı gözləntilər dəyişəcək”

21:01 Zakir Həsənov Anjey Kaspşiklə görüşüb

20:54 Aleksandr Lukaşenko Azərbaycan prezidentini təbrik edib

20:40 Sabah Rusiya və Fransa prezidentlərinin görüşü keçiriləcək

20:27 Neft yenidən bahalaşıb - Qiymət

20:20 DİM beynəlxalq təhsil proqramlarını uğurla bitirən şəxslərə müraciət edib

20:07 Dövlət Komitəsinin sədri Türkiyədə səfərdədir

20:00 Bakıda ana və azyaşlı oğlu itkin düşüb

19:52 “Ermənistanın təcavüzkar siyasət yürütməsi bölgədə sülhə, sabitliyə əngəl yaradır”

19:43 Emma: “Sevinməsinlər ki, boşanmışam”

19:36 Misir lideri Azərbaycan prezidentini təbrik edib

19:30 Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib

19:19 Rusiyanın “çirkli pulların böyük boru kəməri” milyardları hansı ölkəyə “axıdıb”

19:13 ABŞ-ın F-35 qırıcısını Türkiyəyə verəcəyi tarix məlum oldu

19:06 LG iki metrlik displeyini nümayiş etdirdi

19:00 “Rüstəm İbrahimbəyov böyük qardaşların yanında yaxşı olmaq üçün öz xalqını aşağılayır”

18:53 Şennak: “AŞPA-nın iyun sessiyasında Səməd Seyidovun yerinə başqası seçilməlidir”

18:46 Bakıda mənzildə 58 yaşlı kişinin meyiti tapılıb

18:40 35 klubla bağlı cinayət işi açıldı

18:35 “Həmsədrlərlə razılaşdıq ki, yaxın vaxtlarda görüşüb, prosesi bərpa edək”

18:30 Bakıda 200 manatlıq əsginas təqdim olundu - Foto

18:23 İbrahimbəyovdan xəyanətkar davranış - Əli Həsənov çağırış etdi

18:15 Təhsil müəssisələrinin təmiri və tikintisinə 40 milyon manat ayrılıb

18:10 Ağdamda 32 yaşlı kişi bıçaqlanıb

18:05 Vüqar Rəhimzadə: “Rüstəm İbrahimbəyovun damarında erməni qanı axır”

18:00 Qazaxıstan - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

17:56 Terror qruplaşmaları ayda nə qədər pul qazanır?

17:51 Fələstinlilərə Qüdsə getmək qadağan edildi

17:47 Ermənistanda deputat köməkçisi həbs edildi

17:42 I sinfə qəbul üçün müraciət edənlərin sayı açıqlandı

17:37 Gövhər Həsənzadə: “Müğənni bəstəkar ola bilməz”

17:33 ABŞ yəhudiləri iki yerə bölündü

17:29 “Nar” Ramazan ayında danışıqları ikiqat sərfəli etdi

17:25 “36 xəstə dərmandan zəhərlənib”

17:21 Türkiyəli professor: “Yanlış iqtisadi siyasət ölkəni bu vəziyyətə gətirdi”

17:17 Medvedev İlham Əliyevə məktub göndərib

17:14 “Park Bulvar”da 14 yaşlı qız itkin düşüb

17:11 Məşhur mağazanın işçilərinə hökm oxundu

17:06 Qubada ruhi xəstə avtomobil qaçırdı

17:02 ADB Azərbaycanla bağlı əsas strategiyasını açıqlayıb

16:58 Rusiya XİN: “NATO-dan kənar ölkələri ABŞ adam yerinə qoymur”

16:53 Arzu Əliyeva AXC ilə bağlı film çəkdi

16:49 ABŞ hamını “Liviya ssenarisi” ilə hədələyir

16:46 Cavad Zərif: “Pompeonun açıqlamaları əhəmiyyətsizdir”

16:41 Kanala düşən 80 yaşlı kişi xilas edildi

16:38 “Grand Hospital”dan çıxarılan həkimlər üsyan etdi

16:35 “Bakcell” karyera sərgisinə qatılıb

16:32 Türkiyə lirəsinin məzənnəsi sürətlə aşağı düşür

16:28 “Bəzi cizgi filmləri uşaqlarda aqressivlik yaradır”

16:24 Gömrükdə külli miqdarda araq müsadirə edildi

16:19 “Exchange”lər bazara niyə qayıtmır?

16:14 “Mənim bütün həyatım əzabla, zülmlə keçib”

16:10 AFFA Cavid Hüseynovu 3 oyunluq cəzalandırıb



ANALİZ

...

ABŞ Dövlət Departamenti Saakaşvilinin müdafiəsinə qalxdı

Tarix 07.12.17, 9:40

Font ölçüsü : - / +
bitmap-img6


Politoloq: “Amerika Ukraynada proseslərin yeni məxməri inqilaba doğru getməsində maraqlı deyil”


Dekabrın 6-da səhər saat 6 radələrində Ukrayna hüquq-mühafizə orqanlarının qüvvələri Kiyevdə Ali Radanın qarşısında Mixail Saakaşvilinin tərəfdarlarının qurduqları çadır düşərgəsinə basqın edib. Lakin Saakaşvilini tapa bilməyiblər və toqquşmalardan sonra geri çəkiliblər.

Ukrayna KİV-ləri xəbər verir ki, bir neçə avtobus dolu polis düşərgəyə daxil olaraq Saakaşvilini tapmağa çalışıb. Bu vaxt Saakaşvilinin tərəfdarları polislərin qarşısını kəsib, toqquşma başlayıb. Polis gözyaşardıcı qaz tətbiq etsə də aksiyaçılar davam gətiriblər və asayiş keşikçiləri gəldikləri avtobuslara minərək geri çəkilməli olublar.

Saakaşvili özünün facebook səhifəsində yazıb ki, güc strukturlarının əməkdaşları çadır düşərgəsində onu yaxalamaq istəyib. Lakin çadırı səhv salıb və onun qaldığı çadıra deyil, qonşu çadıra daxil olaraq içəridə yatanları döyməyə başlayıblar. Bu vaxt düşərgədəkilər oyanıblar və asayiş keşikçiləri ilə toqquşma başlayıb.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi dekabrın 5-də Saakaşvilinin Kiyevdə yaşadığı evə basqın edilib. Buna görə sabiq prezident yaşadığı binanın damına çıxaraq intihar edəcəyini deyib. Xüsusi təyinatlı dəstə onu binanın damında yaxalayıb. Lakin Saakaşvilinin tərəfdarları onun mindirildiyi avtobusu mühasirəyə alıblar və bir neçə saatlıq mühasirədən sonra avtobusun qapısını sındırıb keçmiş prezidenti azad ediblər. Bundan sonra Saakaşvili öz tərəfdarları ilə Ali Radanın qarşısına yürüş edərək prezident Petro Poroşenkonun istefası tələbi ilə aksiyalara başlayıb. Ukrayna hüquq-mühafizə orqanları Saakaşvilini Rusiya ilə əlbir olaraq ölkədə dövlət çevrilişi hazırlamaqda ittiham edir. Baş prokuror Yuri Lutsenko ona istintaqa təslim olmaq üçün 24 saat vaxt vermişdi.

Dünən isə Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvilini axtarışa verib. Bu barədə Baş Prokurorluğun mətbuat katibi Larisa Sarqan twitter səhifəsində yazıb.

O bildirib ki, Saakaşvili axtarışa verilib. Axtarış işləri Ukrayna polisinin və Ukrayna Təhlükəsizlik Xidmətinin operativ bölmələrinə tapşırılıb.

ABŞ Dövlət Departamentindən isə dünən Mixail Saakaşvili ilə bağlı Ukrayna hakimiyyətinə çağırış olub. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xəzər Nauert bildirib ki, ABŞ Ukraynada bütün tərəfləri Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin ətrafındakı vəziyyətlə bağlı zorakılıqdan çəkinməyə çağırır: “Biz bu vəziyyəti və Kiyevdə baş verənləri  diqqətlə izləyirik. Biz Ukrayna hökuməti ilə sıx əlaqədəyik, siz bilirsiniz ki, bizim onlarla yaxşı münasibətlərimiz var, amma bu o demək deyil ki, biz hər şeydə onlarla tamamilə razıyıq. Biz Ukrayna hakimiyyətini vəziyyətin de-eskalasiyasına çağırırıq... Biz bütün tərəfləri zorakılıqdan çəkinməyə, hüququn aliliyini qorumağa və  beynəlxalq öhdəliklərə əməl  etməyə səsləyirik”.

X.Nauert vurğulayıb ki, əgər Ukrayna hakimiyyəti kimisə saxlayırsa, həbs edirsə, bu, o ölkənin qanunlarına və normalarına, eləcə də  insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə uyğun olmalıdır.

Maraqlıdır ki, Rusiyadan da Saakaşvilinin müdafiəsi istiqamətində açıqlama verilib. Belə ki,  Rusiya liberal-demokratlarının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski Mixail Saakaşvili ətrafında baş verənlərin Ukrayna hakimiyyətinin özünün əsl demokratikliyi barədə iddialarını inkar etdiyini bildirib. Onun sözlərinə görə, Saakaşvilini izləməklə Ukrayna hakimiyyəti özünü biabır edir: “Rusiyaya münasibətdə necə yaramaz olsa da, onun canavar kimi, özünü tamamilə işə həsr etməklə işlədiyini inkar etmək olmaz. Bunu onun əlindən almaq mümkün deyil. Ukrayna ”demokratları"na sərf etməməyə başlayan kimi uydurma bəhanə ilə Saakaşvilini işdən azad etdilər, onun Poroşenkonun impiçmentinə nail olacağını bildirməsindən sonra isə vətəndaşlıqdan məhrum etmək fikrinə düşdülər. Lakin Saakaşvili iradəsini göstərdi və ölkəyə qayıtdı, tərəfdarlarını topladı və Poroşenkonun dinc yolla getməsi tələbini qoydu. Bəs “demokratik” hakimiyyət necə cavab verdi? Onu tutmaq istəyirlər. Heç bunu da bacarmırlar... Mişadan əl çəkin!"

Bəs ABŞ Dövlət Departamentindən verilən açıqlama Mixail Saakaşvilinin başlatdığı prosesin daha da böyüyəcəyi və onun hakimiyyətə gətiriləcəyi ehtimalını yaradırmı?

Image result for Politoloq Qabil Hüseynli

Politoloq Qabil Hüseynli hesab edir ki, Ukraynada hadisələr çox dramatik şəkildə inkişaf eləməyəcək. Saakaşvilinin hərəkətlərinin Ukraynada hadisələrin daxili sabitliyin pozulmasına aparacağı təhlükəsi müəyyən qədər də olsa var: “Ukraynada sabitliyin pozulmasında ən çox maraqlı olan ölkə Rusiyadır. Ukraynanın bəzi dairələri hesab edirlər ki, Saakaşvili özü bilmədən Rusiyanın istədiyi bir oyunun içinə düşüb. Onun ətrafında olanların bir çoxu, xüsusilə də ona başladığı prosesə maliyyə yardımı vəd edən bəzi oliqarxlar Rusiya ilə əlbir olan adamlardır. Ukraynada sabitliyin pozulmasında maraqlı Rusiyanın xüsusi xidmət orqanları Kiyevdə vəziyyəti gərginləşdirmək üçün maksimum qüvvə sərf edir. Diqqət edirsinizsə, Kremlin danışan dillərindən biri sayılan Jirinovski Saakaşvilini müdafiəyə qalxıb. Bu, heç də Saakaşvilini sevməkdən, onu qorumaq istəyindən irəli gəlmir. Məqsəd yaranmış vəziyyətdən Ukraynanın daxilində gərginliyin daha da artması üçün istifadə etməkdir. Saakaşvilinin ətrafına toplanan kütlənin içində xeyli sayda Rusiya xüsusi xidmət orqanlarının əli ilə gələn insanlar var. Toplanan insanların sayı elə də çox deyil və yeni Maydan hərəkatı yaradacaq səviyyədə deyil. Saakaşvilinin emosionallığı özünün zərərinədir. Onun hərəkətləri hazırda azlıq tərəfindən rəğbətlə qarşılanır. Belə bir şəraitdə hətta böyük dövlətlərin dəstəyi olsa belə, onun Ukraynada xalqın böyük hissəsini ayağa qaldırıb hakimiyyəti dəyişməsi mümkün görünmür. Digər tərəfdən, hələ ABŞ hazırkı prezident Petro Poroşenkoya ümidlərini üzməyib”.

Politoloq vurğuladı ki, Vaşinqton Poroşenko ilə işləməkdən vaz keçmiş kimi görünmür. ABŞ-ın Ukraynada hakimiyyət dəyişikliyinin olması qərarına gəldiyini söyləmək üçün ortada əsaslar yoxdur: “Bu faktor da Saakaşvilinin yolunu kəsir. Bu gün Ukraynada hər hansı siyasi dalğalanma, daxili sabitliyi pozacaq hər hansı bir hərəkətin Ukrayna üçün çox dramatik nəticələrə gətirib çıxaracağını Vaşinqton dəqiq bilir. Ona görə qətiyyən bu ölkədə daxili gərginliyin artmasını istəmir. Mixail Saakaşvilinin bu cür aktivləşməsinin ABŞ-ın istəyi ilə olduğu inandırıcı deyil. ABŞ Ukraynada proseslərin yeni məxməri inqilaba doğru getməsində maraqlı deyil. Saakaşvilini Dövlət Departamentinin müdafiə etməsi sadəcə olaraq müəyyən prinsiplərdən irəli gəlir. Lakin müdafiə anlamı verən açıqlama heç də o demək deyil ki, ABŞ Saakaşvilini hakimiyyətə gətirmək istəyir. Əslində Mixail Saakaşvili siyasətçi kimi tam iflasa uğramanın astanasındadır. Qərb, sadəcə, onun tamamilə iflasa uğramasını, siyasi fiqur kimi mövcudiyyətini saxlamasını istəyir. ABŞ Dövlət Departamenti, sadəcə olaraq, ona və ətrafına toparlanan insanlara qarşı güc tətbiq edilməməsini istəyir. Bu isə ABŞ-ın Saakaşvilini hakimiyyətə gətirmək istəməsi anlamına gəlmir”.(musavat.com)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Qarabağ məsələsi ATƏT-də yenidən qaldırılacaq

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

“Elmira Axundova deputat blankında Eldar Mahmudova yazmışdı ki…”

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru