Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-la Rusiya arasında “XARİCİ AGENT” qalmaqalı

Bu gün Rusiya Dövlət Duması "İnformasiya haqqında" və "KİV haqqında" qanunlara dəyişiklikləri qəbul edib


Dəyişikliklərə əsasən, Rusiyada hansı media qurumlarının "xarici agent" siyahısına düşəcəyi müəyyənləşdirilib. 

Bundan sonra 3 kriteriyadan birinə uyğun gələn KİV "qara siyahıya" düşəcək. Həmin kriteriyalar isə bunlardır – ölkə xaricində qeydiyyatdan keçən, xaricdən maliyyələşən və maliyyəsi xaricdən gələn Rusiya şirkəti tərəfindən maliyyələşən KİV-lər. Bundan başqa, qanuna yeni anlayış da əlavə olunub – əcnəbi KİV-lər. 

Rusiyanın məlum qanunlara dəyişiklik etməsi təsadüfi deyil. Rəsmi Moskva bu addımı ABŞ-ın analoji addımına cavab olaraq atıb. Belə ki, Amerikanın Ədliyyə Nazirliyi  Rusiyanın məşhur RT telekanalının ABŞ-da "xarici agent" kimi qeydiyyatdan keçməsini tələb edirdi. Və bunun üçün Moskvaya noyabrın 13-dək vaxt verilmişdi.

Telekanal rəhbərliyi bu tələbi yerinə yetirib. Lakin tələbdən olduqca narazı olduqlarını da bəyan edib: "Ya cinayət işi qaldırılmalı idi, ya da razılıq verməli idik. Biz ikincini seçdik. Bu münasibətlə ABŞ-da söz azadlığını və hələ də ona inananları təbrik edirik".

Hələ ötən cümə günü Rusiya Dumasının deputatları ABŞ-ın RT-yə qarşı bu tələbinə eyni şəkilədə cavab verəcəklərini bildirmişdilər. 

Birləşmiş Ştatlar bu tələbini irəli sürərkən "Xarici agentlər haqqında akt"a (FARA) əsaslanıb. 1938-ci ildə qəbul edilmiş bu akt əsasən ABŞ-da nasist təbliğatının qarşısını almağa yönəlmişdi. Aktın qəbulu həmin vaxt ABŞ-ın potensial düşmənlərinin böyük narazılığı ilə qarşılaşmışdı. O vaxtlar Amerikanın əsas hədəfi Almaniya idi. Çünki Almaniya İkinci dünya savaşına bir neçə il qalmış Birləşmiş Ştatlarda ictimai rəyə təsir göstərməyə cəhdlər edirdi. 

RT və "xarici agent" statusu

"Xarici agentlər haqqında akt" xarici dövlətlərin casus və ya agentlərinə yönəlməyib. Aktın təsir dairəsinə başqa ölkənin maliyyəsi ilə ABŞ ictimai rəyinə təsir etməyə çalışan qurumlar və şəxslər düşür. Bu cür fəaliyyət lobbi vasitəsilə də həyata keçirilə bilər. Belə qurumlar və ya şəxslər ABŞ Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli və hər yarım ildən bir hesablarına daxil olan vəsait, həmçinin xərcləri barədə məlumat verməlidirlər.  

FARA həmçinin tələb edir ki, yayılan təşviqat xarakterli informasiya xüsusi işarə ilə qeyd olunsun. Və göstərilsin ki, bu informasiya xarici subyektin adından yayılır. Belə materialların bir surəti də ABŞ Ədliyyə Nazirliyinə göndərilməlidir. 

ABŞ-ın "xarici agentlər" siyahısına düşən KİV təkcə RT telekanalı deyil. Çinin "The China Daily" qəzeti, Yaponiyanın NHK telekanalı da bu siyahıda yer alır.

10 min dollar cərimə və 5 il həbs cəzası…

Qanunun bir hədəfi də onun tələblərinə əməl etməyənlər və onların sifarişçiləri barədə bilgilərin şəffaf olmasıdır. Bu arada, akt ifadə azadlığını məhdudlaşdırmamalıdır.
  
1966-cı ildə ABŞ "Xarici agentlər haqqında akt"a bəzi dəyişikliklər etdi. Və fokus siyasi təşviqatdan siyasi lobbiyə keçdi. Bundan başqa, 1950-ci illərin sonlarında – kommunizmin ABŞ-a təsirinin artdığının iddia olunduğu vaxtda qanunda "xarici agentlər"in tərifi daha da kəskinləşdi.

Qanuna "xarici ölkənin və ya təşkilatın birbaşa sifarişi ilə işləyən şəxs və qurumlar anlayışı" əlavə olundu. Mübahisəli məqamlarda ABŞ hökuməti sübut etməli idi ki, həmin "agentlər" həqiqətən də Birləşmiş Ştatların siyasətinə təsir göstəriblər.

Qanunun bu tələbi ona gətirib çıxardı ki, FARA-nın pozulmasına görə cəzalandırılma halları nadir oldu. Qanunu pozanları isə 5 ilə qədər həbs və 10 min dollara qədər cərimə cəzası gözləyir. 

Hazırda ABŞ-ın "xarici agentlər" siyahısında 1700 şəxs və təşkilat var. ABŞ Ədliyyə Nazirliyində qeydiyyatdan keçəndən sonra onlar fəaliyyətlərini davam etdirə bilərlər.  

FARA-nın tələbləri qeyri-siyasi lobbiçiliyə şamil edilmir. Kommersiya, mədəni, elmi və dini səpkili informasiyaları yayanlar "xarici agent" hesab olunmur. 

Yeri gəlmişkən, 2012-ci ildə Rusiyada da "Xarici agentlər haqqında" qanun qəbul edilib. Həmin vaxt prezident Vladimir Putin bildirmişdi ki, qanunu ABŞ nümunəsinə əsaslanaraq qəbul edirlər. Əslində isə bu iki sənəd eyni hesab oluna bilməz. Belə ki, ABŞ-da qəbul edilən akt birbaşa xarici hökumət və ya təşkilatlar tərəfindən maliyyələşən şəxs və qurumları nəzərdə tutur. Rusiyada isə "xarici agent" statusunu almaq üçün  xaricdən qrant almaq belə, kifayət edir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar