Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın yeni nüvə strategiyası - Tramp adminstrasiyasının aqressiv siyasətinin arxasında hansı amillər dayanır?


Nəzakət Məmmədova: “Nəinki Tramp Administrasiyasının, istənilən dövlətin aqressiv xarici siyasəti yerləşdiyi bölgə və dünya üçün təhlükə sayılmalıdır”


Əhəd Məmmədli: “Tramp ABŞ-ın nüvə arsenalını, ümümiyyətlə hərbi arsenalını daha da gücləndirmək istəyir”.

Fevralın 2-də ABŞ Müdafiə Nazirliyi Birləşmiş Ştatların nüvə siyasətinin yeni doktrinasını (Nuclear Posture Review) təqdim edib. Pentaqonla Energetika Nazirliyinin birgə hazırladığı sənəd ABŞ nüvə qüvvələrinin inkişaf strategiyası hesab olunur. Prezident Donald Tramp strategiyanı alqışladığını deyib. Və bildirib ki, nüvə silahlarının sayını azaltmaq istiqamətində ABŞ-ın çoxsaylı səylərinə baxmayaraq, son onillikdə digər nüvə gücləri öz arsenallarını genişləndirməyə davam ediblər. Bu səbəbdən də, yeni strategiya ABŞ-ın nüvə doktrinasını modernləşdirmək, 21-ci əsrin təhdidlərinə müqavimətini təmin etmək məqsədilə hazırlanıb. Sənəd nüvə qüvvələrinin komandanlığının, eləcə də bütün nüvə arsenalının (atom sualtı qayıq, təyyarə, raket) müasirləşdirilməsini nəzərdə tutur.

Doktrinada nüvə arsenalını genişləndirən ölkələr açıqlansa da, Tramp bəyanatında onların adını çəkməyib. Sənəddə qeyd olunur ki, Rusiya və Çin ABŞ-ın ziddinə gedərək nüvə qüvvələrini gücləndirib. Həmçinin yeni strategiyada qeyd olunur ki, Birləşmiş Ştatlar nə Rusiyanı, nə də Çini öz düşməni hesab etmək istəyir. Və hər iki ölkə ilə münasibətlərinin stabil olmasına tərəfdardır. Bununla belə, doktrinada Rusiya, Çin, Şimali Koreya və İran artan xarici təhdid kimi xarakterizə olunur.

Bir çox ekspertlər və beynəlxalq humanitar təşkilatlar isə hesab edirlər ki, ABŞ-ın yeni nüvə strategiyası faktiki olaraq nüvə müharibəsi dönəminin başlanğısıdır. ABŞ-ın yeni nüvə strategiyası Rusiya, Çin, Şimali Koreya kimi nüvə ölkələri ilə qarşıdurmanı son həddə çatdıra bilərmi və Tramp adminstrasiyasının aqressiv siyasətinin arxasında hansı amillər dayanır? Ümumilikdə Tramp adminstrasiyasının xarici və hərbi siyasətini dünya üçün əsas təhlükə hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.



Nəzakət Məmmədova: “Çin və Rusiya hazırda ABŞ-ın qlobal hegemonluğuna əsas təhdid olan ölkələrdir. ABŞ buna qarşı tədbirlər görməlidir”.


ABŞ və digər nüvə dövlətləri bu silah növünü əldə etdikdən sonra dünya daima onun tətbiqi qorxusu ilə yaşadığını vuğulayan politoloq Nəzakət Məmmədova əlavə edib ki, nüvə silahının tətbiqi bütün dünyanı məhv edər. Odur ki, nüvə silahı real yox, daha çox çəkindirici silahdır:

“Əvvəla ondan başlayım ki, nəinki Tramp Administrasiyasının, istənilən dövlətin aqressiv xarici siyasəti yerləşdiyi bölgə və dünya üçün təhlükə sayılmalıdır. 

Nüvə strategiyasına gəlincə, ABŞ və digər nüvə dövlətləri bu silah növünü əldə etdikdən sonra dünya daima onun tətbiqi qorxusu ilə yaşayır. Dövlətlər daima bir-birini onunla hədələyir. Hətta 1962-ci ildə amerikalıların raket böhranı, rusların Karib böhranı adlandırılan hadisə baş verdi ki, dünya nüvə müharibəsinin bir addımlığında idi. Lakin son anda Kennedi və Xruşşov bundan imtina ediblər. Çünki nüvə silahının tətbiqi, düşmən hədəf ölkəyə nüvə başlıqlı raketlərin göndərilməsi nəinki o ölkəni, bütün dünyanı məhv edər. Odur ki, nüvə silahı real yox, daha çox çəkindirici silahdır.

Nəzakət Məmmədova: “Tramp Adminstrasiyası Asiya-Sakit okean hövzəsini prioritet istiqamət hesab edir və orada möhkəmlənməyə çalışır”.


Nüvə dövlətləri bir-biri ilə müharibədən yayınırlar. Çünki bilirlər ki, bu, fəlakətli nəticələrə gətirib çıxarar. Çünki əgər düşmən ölkənin də necə və silahı varsa, qarşı tərəfdən də eyni cavab verilə bilər və Yer kürəsi məhv olar.  Nüvə silahının tətbiqinin özü mürəkkəb bir prosedurdur. Məsələn, ABŞ-da prezidentin nüvə çemodanı da belə bir təlimat var ki, nüvə müharibəsi elan edəndən sonra təcili əhalinin təxliyəsinə başlanılmalıdır. Çünki qarşı tərəf də nüvə başlıqlı raketlərin göndərə bilər. Milyonlarla insanı necə təxliyə etmək olar?! Bunlar hamısı çox mürəkkəb məsələlərdir.

Tramp Adminstrasiyasının xarici siyasətinə gəlincə, görürük ki, o, Asiya-Sakit okean hövzəsini prioritet istiqamət hesab edir və orada möhkəmlənməyə çalışır. Hədəf əlbəttə ki, Çindir. Eyni  zamanda, Rusiyanın  şərq  sərhədləri. Şimali Koreya isə burada sadəcə bəhanədir. Yəqin ki, qarşıdakı illərdə də hakimiyyətdə kimin olmasından asılı olmayaraq oxşar siyasət yürüdüləcək. Çünki Çin və Rusiya hazırda ABŞ-ın qlobal hegemonluğuna əsas təhdid olan ölkələrdir. ABŞ buna qarşı tədbirlər görməlidir.”



Əhəd Məmmədli: “Tramp bütün bunları nüvə müharibəsini başlamaq üçün etmir, sadəcə yenədə ABŞ-ın hər sahədə bir nömrə olduğunu xatırladır”.


ABŞ imperializminin həmişə silah ticarətindən böyük məbləğdə pullar qazandığını vurğulayan politoloq Əhəd Məmmədlinın fikrincə, Trampın da hakimiyyətə gəlməsinin əsas səbəbkarlarından biri silah kapitalist çevrəsi olub:

“Nüvə arsenalına malik olmaq əslində təhlükəsizliyi təmin etmək deməkdir. Ona görə düşünmürəm ki, nüvə silahı olan hər hansı bir ölkəyə ABŞ atom bombası atsın. Bunu etsə hökmən cavabınıda alacaq. Tramp ABŞ-ın nüvə arsenalını, ümümiyyətlə hərbi arsenalını daha da gücləndirmək istəyir. Bu il ABŞ ordusunun hərbi paradınıda keçirmək istəyir. Lakin Tramp bütün bunları nüvə müharibəsini başlamaq üçün etmir, sadəcə yenədə ABŞ-ın hər sahədə bir nömrə olduğunu xatırladır. Yəni qorxudur. 

Həmçinin bu addımlar ildən ilə güclənən millətçi rasist Trampa səs verən elektorat üçün hesablanan bir addımdır. Yəni sağ elektoratın dəstəyini saxlamaq üçün atılan addımdır. Üstəlik Tramp nəhənq ABŞ silah biznesini razı salmaq istəyir. Müasir dünyada ən çox pul insan orqanları və silahdan gəlir. ABŞ imperializmi həmişə silah ticarətindən böyük məbləğdə pullar qazanıb. Trampıda hakimiyyətə gəlməsinin əsas səbəbkarlarından biri silah kapitalist çevrəsi olub”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar