Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın ölkəmizdə səfiri Robert Sekutanın səssizliyi...


Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır


ABŞ son illərdə Azərbaycanla əməkdaşlıq çərçivəsində və danışıqlara kiçik ranqlı əsasən qadın diplomatlar göndərir. Vaşinqton görünür,  Azərbaycana bir o qədər xüsusi diqqət ayırmır. Yalnız, təhlükəsizlik və enerji məsələlərində əməkdaşlığa üsrünlük verir. 

Qeyd edim ki,  bu sahələrdə  ölkımizlə  danışıqları göründüyü kimi Ağ Evin yüksək səviyyəli diplomatları aparmır. Hazırda  ABŞ regionda Gürcüstan və Ermənistana daha da diqqət ayırır və bu ölkələrlə siyasi əlaqələr yüksək səviyyədə saxlanılır. Vaşinqtonun bu siyasətindən rəsmi Bakı razıdır kimi mövqe ortaya qoyur.  Çünki, ABŞ iqtidarın istəyinə uyğun olaraq  daxili siyasi məsələlərə qarışmır, insan haqları və demokratiya sahəsində problemlərdən söz açmır. ABŞ-da Azərbaycan üçün lazım olan danışıqları kiçik ranqlı diplomat  səviyyəsində aparır. 

Qeyd edim ki, Vaşinqtonun ölkəmizə qarşı bu laqeyd siyasətinin arxasında erməni lobbisinin durmasınıda istisna etmirəm. ABŞ Erməni Milli Konqrensi kifayət qədər ABŞ-ın ölkəmizə qarşı mənfi siyasətinin formalaşmasında mühüm rol oynayır. Rəsmi Bakı Vaşinqtonla siyasi-diplomatik əlaqləri inkişaf etdirməli və yüksək səviyyədə danışıqlar aparmalıdır. Vaşinqtonla-Bakı arasında siyasi əlaqələrin bu səviyyəyə enməsində  səfir  Robert Sekutanında əməyi var. Səfir kimi xələflərindən fərqli olaraq iki ölkə arasında münasibətlərin inkişafı üçün səylər etmir. Demək olar ki, ABŞ səfiri R.Sekutanı fəaliyyəti  Fələstinin ölkəmizdə səfirini fəaliyyətindən aşağıdır. Susmaq diplomatiyasına üstünlük verən cənab Sekuta bununla ABŞ-Azərbaycan əməkdaşlığını kifayət qədər zəifləməsinə aparıb. 

Qeyd edək ki, ABŞ-ın diqqətinin hər bir ölkəyə artmasında onun həmin ölkədə səfirinin fəaliyyətindən ciddi aslıdır. Cənab  Sekuta elə bir vəziyyət yaradıb ki, ABŞ Azərbaycanın diqqətindən kənarlaşmaqdadır. Hətta Minsk qrupu səviyyəsində fəaliyyətsizliyi ortadadır. Cənab Sekuta ABŞ-ın ölkəmizdə fəaliyyətsiz səfiri kimi yadda qalacaq. Ölkəmizə ikitərəfli siyasi əlaqlərə dinamika verən Metyu Brayza kimi səfir lazımdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar