Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları - Soyuq müharibə başladımı?


Elxan Şahinoğlu: “Rusiyanın bu vəziyyətə düşməsində əsas günahkar elə özüdür”


Rusiyanı Şimalı Koreya və  İranla bir siyahıya salırlar. İran beynəlxalq terrorçulara dəstək verdiyinə, Şimalı Koreya nüvə silahı əldə etdiyinə, Rusiya isə Ukraynanı parçaladığına görə bu siyahıya düşüb”.

Bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ-ın Rusiyaya qarşı qanun səlahiyyətində olan yeni sanksiyalar paketini şərh edərkən bildirib.

Bildiyimiz kimi, iyulun 25-də ABŞ Konqresinin Nümayəndələr Palatası İrana, Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar tətbiq olunması ilə bağlı qanun layihəsini təsdiq edib. Qeyd edək ki, ABŞ konqresi tərəfindən tsdiqlənən qanun layihəsi 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyadan sonra ən geniş miqyaslı sanksiya paketi hesab olunur. Sanksiyalar paketinə görə ABŞ-ın bir neçə kəşfiyyat qurumu, həmçinin Ədliyyə nazirliyi və Prezident Adminstrasiyası hər 6 aydan bir Rusiyanın hakimiyyət dairələrinə yaxın olan iri şirkətlər və maliyyə qurumları, həmçinin media qurumlarının fəaliyyəti barədə Konqressə hesabat verəcək, o cümlədən Kremlin Avropaya və Avrasiyaya təsir imkanlarının məhdudlaşdırılması ilə bağlı tədbirlər həyata keçirəcək. Yəni faktiki olaraq  Kremlin siyasi aktivliyi, həmçinin açıq və gizli maliyyə qaynaqları bir başa ABŞ qurumları tərəfindən nəzarət altına alınacaq. 

Rusiyaya qarşı sanksilar paketinin İran və Şimali Koreya ilə eyni qanunda tətbiq olunması isə xüsusi maraq doğurmaqdadır. Bununla da Faktiki olaraq Rusiya açıq mətnlə ABŞ-ın əsas düşmənləri və dünya üçün təhlükə mənbəyi olan ölkələr siyahısında yer alır və bu da o demək olur ki, bu sanksiyaların ömrü uzun olacaq. Bəzi Rusiya siyasətçilərinin fikrincə isə yeni sanksiya layihəsi faktiki olaraq Rusiyaya qarşı soyuq müharibə elan etməkdir və bu soyuq müharibənin qaynar müharibəyə çevrilmə ehtimalını irəli sürənlər də var. Artıq Rusiya KİV-ləri Rusiyanın adekvat cavabı haqqında gizli mənbələrə istinadən məlumat da yayıblar. “Kommersant” qəzetinin yazdığına görə Rusiya 35 ABŞ diplomatını ölkədən çıxaracaq və ABŞ səvirliyinin bir istirahər evinə həbs qoyacaq. Bütün hallarda Rusiyanın ABŞ-a adekvat cavabı çox zəif və kəsərsiz görünür. çünki əslində Kremlin vermək istədiyi adekvat cavab əslində Barak Obamanın ötən ilin sonlarında 35 Rusiya diplomatının ölkədən çıxarılmasına və Rusiya səfirliyinin iki istirahət evinə həbs qoymasının cavabıdır. Görünür ki, Rusiyanın ABŞ-ın yeni sanksiyalarına adekvat cavab vermək üçün elə də imkanları yoxdur.

Dünən jurnalistlər qarşısında Rusiyaya qarşı yeni sanksiyalar paketini şərh edən Ağ Evin rəsmi təmsilçisi Sara Sanders bildirib ki, prezident Tramp, adminstrasiya üzvləri tam olaraq Rusiyaya qarşı sanksiyaları dəstəkləyir. Lakin Sara Sanders hazırda Senatda olan qanun layihəsində dəyişiklyin ola biləcəyini də istisna etməyib. Ağ Evin sözçüsünə görə isə bütün hallarda prezident Tramp qanunu imzalayacaq.

Bu gün Senatdan verilən məlumata görə isə qanun layihəsi artıq srenatda razılaşdırılıb və bu həftə içində qanun səsə qoyulması istisna olunmur. Artıq Rusyada da qanun səlahiyyətli yeni sanksiyaların tətbiq olunmasına heç kim şübhə etmir və bəzi rys analitikləri soyuq müharibənin baçladığını vurğulamaqdadırlar.

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna müraciət edib.

Картинки по запросу elxan şahinoğlu

Elxan Şahinoğlu: “Aydındır ki, Rusiyaya qarşı bu sanksiyalar uzunmüddət davam edəcək. Ona görə də Avropa Birliyi ölkələri öz narahatlığını gizlətmir”.


Politoloqun fikrincə yaranmış vəziyyətə görə tək günahkar elə rusiyanın özüdür və Kremlin yürütdüyü siyasət bu nəticələri doğurub:

Rusiyanın bu vəziyyətə düşməsində əsas günahkar elə özüdür. Kremlin yürütdüyü siyasət bu nəticələri doğurub və hazırda Putinin siyasi kursunun nəticələri hesabına Rusiyanın bütün dünyadan təcrid olunması prossesini izləməkdəyik. Rusiya prezidenti Krımı işğal etməklə qırmızı cizgini aşdı. Əgər Kreml  Krımı işğal etməsəydi və Donbas separatçılarına dəstək verməsəydi heç bir halda həmin sənədə Rusiyanı daxil etməyəcəkdilər. Bundan sonra isə Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etməsi iki ölkə arasında onsuzda qeyri-normal olan münasibətləri daha da gərginləşdirdi. Əgər bütün bunlar olsaydı ABŞ prezidenti Trampın da Putinə yaxınlaşması və iki ölkə arasında əməkdaşığın yüksək səviyyədə inkişafı mümkün olacaqdı. Lakin artıq bu mümkün deyil. Əvvala Rusiya Krımı işğal etdikdən sonra dünyada vəziyyət dəyişdi və Rusiyaya qarşı həm Avropa Birliyi, həm də ABŞ sanksiyalar tətbiq etdi. Hazırda isə bu sanksiyalar daha da dərinləşdirilir və miqyası böyüyür. Görürsünüz ki, artıq Rusiyanı Şimalı Koreya və  İranla bir siyahıya salırlar. İran beynəlxalq terrorçulara dəstək verdiyinə, Şimalı Koreya nüvə silahı əldə etdiyinə, Rusiya isə Ukraynanı parçaladığına və ABŞ seçkilərinə müdaxilə etdiyinə görə bu siyahıya düşüb. Buna görə də vəziyyət getdikcə gərginləşir. Tramp Rusiya ilə münasibətləri düzəltməyə çalışsa da, artıq sanksiyalar haqqında qanun qəbul edilib qüvvəyə mindikdən sonra Rusiya ilə çox yaxınlaşa bilməyəcək”. 

Gələcəkdə İran və Şimali Koreya ilə olduğu kimi ABŞ-ın Rusiya ilə diplomatik əlaqələrə son vermək ehtimalı ola bilərmi, sualını cacavablandıran Elxan Şahinğlu iki ölkə arasında böhranın o səviyyəyə qədər gedib çıxacağına inanmadığını bildirib:

Rusiya ilə diplomatik əlaqələrin birdəfəlik kəsiləcəyini düşünmürəm. Avropa İttifaqı da Rusiyaya qarşı çox sərt sanskiyalar qəbul edib və yaxın günlərdə də yeni sankyiayaların tətbiqi gözlənilir. Amma buna baxmayaraq Rusiya Avrpoa Birliyi ölkələri arasında diplomatik və iqtisadi münasibətlər davam edir. Rusiya prezidenti beynəlxalaq konfranslara, tədbirlərə qatılır, ikitərəfli görüşlər həyata keçirir. Üstəlik də Rusiya Avropaya qaz ixrac edir. Baxmayaraq ki, ABŞ Rusiyaya qarşı sanksiyalar qəbul etsə də, diplomatik əlaqələr hələ də kəskin deyil və yəqin ki, bu əlaqələr davam edəcək”.

Politoloq həmçinin Avropa birliyi ölkələrini ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketindən narazı olmasınıN səbələrini fə  PİA.AZ-a şərh edib. Qeyd edək ki,  Avropa Birliyi ABŞ-ın Rusiyaya qarşı olan yeni sanksiya paketinə qarşı çııxır və bu sanksiyaları yu8mşaldaılması təklifi ilə çıxış edir. Məlumdur ki, qanun layihəsinə görə bir sıra Avropanın Rusiya ilə birlikdə həyata keçirdiyi layihələr ya dayandırılmalı, ya da ciddi ziyan görməlidir.

Politoloqun fikrincə bu məsələ çox ciddidir və yeni sanksiyalar Avropa şirkətləri üçün problemlər yaradır:

“Məsələnin gərgin tərəflərindən biri də odur ki, sanskiya Avropaya da problemlər yaradır. Çünki yeni sanksiyalar Avropa şirkətlərinin  Rusiyaya investisiya qoymasını çətinləşdirir. Əks halda Rusiya ilə əməkdaşlıq edən Avropa şirkətlərinin  ABŞ banklarındakı vəsaitləri dondurula bilər. Aydındır ki, Rusiyaya qarşı bu sanksiyalar uzunmüddət davam edəcək. Ona görə də Avropa Birliyi ölkələri öz narahatlığını gizlətmir.

Onu da qeyd edim ki, qanun layihəsində nəzərdə tutlan qadağalar ABŞ şirkətləri üçün qanun şəklini daşısa da, Avropa şirkətləri üçün tövsiyyə xarakteri daşıyır. Avropa şirkətləri Rusiya ilə əməkdaşlığı davam etdirsə, ABŞ-dakı səhmləri və fəaliyyətləri təhlükə altına düşür. Məhz bu səbəbdən Avropa Birliyi bu sərt sənədə qarşı çıxış edir. Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar qəbul etsə də bir qədər fərqli siyasət həyata keçirir və sanksiyalardan Avropa şirkətlərinin daha az ziyan görməsinə çalışır. Ona görə də, hazırda qəbul olunan sənəd nə qədər sərt olsa da, ABŞ-AB strateji münasibətləri çərçivəsində zaman keçdikcə müəyyən yumşalmalar ola biləcəyini istisna etmirəm”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar