Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Rusiya və Çinə qarşı yeni silahı - Video

Baltikyanı ölkələri Rusiyanın təhdidindən qorumaq üçün ABŞ yeni elektromaqnit silahından istifadə edə bilər


Anspress-in "The Wall Street Journal" (WSJ) nəşrinə istinadən verdiyi məlumata görə, güclü elektromaqnit relsli silah ER (Electromagnetic Railgun) enerjidən istifadə edərək cərəyan keçirici mərmini iki metal istiqamətləndirici arasında sürətlə hərəkət etməsini təmin edir.

"Hərbçilər hesab edirlər ki, relsotron ABŞ-ın Baltikyani ölkələri Rusiya aqressiyasından müdafiə edəcəyi və Cənubi-Çin dənizində Çinə qarşı müttəfiqlərinə dəstək verəcəyi təqdirdə faydalı ola bilər" - WSJ yazır.

"Rusiyanın ağır çəkili döyüş sursatlarını hazırlaması və uzaq məsafələrə ata bilməsi faktını istisna etmək olmaz. Biz bu cür atışlara qarşılıq verməyi öyrənməliyik. Relsotron isə bizim üçün potensial vasitə ola bilər" - yazaraq qəzet ABŞ müdafiə nazirinin birinci müavini Robert Uorkun sözlərini gətirir. 

WSJ-nin xatırlatmasına görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələri ER proqramının reallaşmasına 10 il əvvəl başlayıblar və bu məqsədə yarım milyard dollar xərcləyiblər. Hazırda isə relsli silahı müdafiə tipli silaha çevirmək və onun mərmilərini ABŞ hərbi qəmilərinin artilleriyasına uyğunlaşdırmaq üçün 800 milyon dolların ayrılması planlaşdırılır.

Silahın ilk nümayiş üçün nəzərdə tutulan vahidi BAE Systems tərəfindən təqdim edilib. Onun gücü 32 MC təşkil edir. Bu nümunə Dalqrenə (Virciniya ştatı) 2012-ci ilin yanvarında gətirilib.  Bir neçə ay sonra bura rəqib General Atomics şirkətinin daha peşəkar nümunəsi gətirilib. 

Relsotronun dənizdə ilk sınaqlarını çoxməqsədli tezyürüyən desant JHSV-3 (Joint High Speed Vessel) Millinocket katamaran-qəmidə keçirilməsi planlaşdırılıb. Sınaqlar bu il keçiriləcək.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar