Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Qarabağ məsələsində aktivləşməsinin sirri


“Vaşinqton daha Cənubi Qafqazdakı prosesləri Rusiyanın inhisarına buraxmaq fikrində deyil”


Qarabağ məsələsində ABŞ-ın son vaxtlar xeyli fəallaşdığı müşahidə olunur. Aprel ayında daha çox Rusiyanın aktiv oyunçu olduğu açıq-aşkar görünsə də may ayı başlayandan Amerikanın təşəbbüsü ələ almağa cəhd etdiyi sezilir. Mayın 20-də ABŞ-ın vitse-prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyevə, sonra isə Ermənistan prezidenti Serj Sərkisyana telefonla zəng edib Qarabağ münaqişəsinin həll yollarını müzakirə etməsi ABŞ-ın hansı səviyyədə aktivləşməsini göstərən faktdır. 

ABŞ-ın nədən Qarabağ məsələsində fəallaşmasına gəlincə, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, ABŞ son zamanlar Rusiyanı həlqəyə almaq xətti götürüb. Baltik dənizindən Qara dənizə qədər bu iş başa çatmaq üzrədir. Həmçinin Cənubi Qafqazda da ABŞ-ın, eləcə də onun müttəfiqlərinin ciddi strateji marağı var. Bu strateji maraqlar həm neftə, təbii qaza söykənir, həm də bu regionun geosiyasi əhəmiyyətinə: “Çünki bu region qərblə şərqi birləşdirən böyük dəmiryolunun və şose yolunun keçdiyi ərazidir. Qərb hesab edir ki, Cənubi Qafqazı bütünlüklə Rusiyanın inhisarına buraxmaq olmaz. Son günlər ABŞ-ın Gürcüstanla birlikdə hərbi təlimlər keçirməsi və Gürcüstana gətirdiyi hərbi texnikanı hərbi baza kimi Gürcüstanda saxlaması onu göstərdi ki, artıq Gürcüstan NATO dövləti olmasa da NATO dövləti statusuna yaxın statusda-ABŞ-ın hərbi bazasına malik olmaqla Rusiyadan xeyli uzaqlaşıb. Üstəlik, Dağlıq Qarabağ danışıqları prosesində Vyanadakı görüşlərdə, həm görüşün ərsəyə gəlməsində, həm də görüşün özünün gedişində ABŞ kifayət qədər fəal idi. Bu fəallığı Fransanın da ermənipərəst mövqeyini xeyli dərəcədə neytrallaşdırmışdı. Məsələn, Vyana görüşünün hazırlanması üçün Con Kerri 7 dəfə Rusiya xarici işlər naziri Lavrovla telefon danışıqları apardı. Çünki Lavrov yenə də ErmənistanAzərbaycan prezidentlərini özünün əzəmətli villasında dincələn Putinin hüzuruna gətirmək istəyirdi. Amma bu alınmadı, görüş Vyanada keçirildi. Üstəlik də Kerri görüşdə kifayət qədər fəal idi”. 

Politoloqun sözlərinə görə, ABŞ tərəfi çox yaxşı başa düşür ki, problemlərin həll olunmamasının əsas səbəbi Ermənistanın həm işğalçı mövqeyində dayanması, Rusiyanın satelliti kimi bölgədə destruktiv rol oynaması, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması ilə bağlıdır: “Məncə, ABŞ bunları əvvəl də bilirdi, amma indi bu məsələni reallaşdırmağa başlayıb. Çünki ABŞ strateqləri belə hesab edirlər ki, Azərbaycanda müəyyən əskiklərin olmasına baxmayaraq, Azərbaycana mütləq dəstək verilməlidir. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünə dəstək verilməli, sonra isə Rusiyanın hər hansı bir məkrli niyyətlərindən, şantajından qorumaq lazımdır. Bu xətt ən yüksək səviyyədə müzakirə olunub və qəbul edilib. O xəttə uyğun olaraq da Azərbaycana, onun haqq işinə dəstək verilir. Bu dəstəyin bir forması da Ermənistana təzyiqdir. Amerikalılar yaxşı başa düşürlər ki, Ermənistan Vyana görüşlərini pozmağa çalışsa, bu, bölgədə sülh prosesinə ciddi zərbə vuracaq və Rusiyanın maraqlarına işləyəcək.

Çünki bölgədə yenidən müharibənin alovlanması həm Bakı-Ceyhan-Tbilisi xətti, həm TANAP və TAP layihəsi, həm Bakı-Tbilisi-Qars dəmir yolu üçün təhlükədir. Bir sözlə, Qərbin strateji maraqlarını özündə ehtiva eləyən böyük iqtisadi layihələr üçün ciddi təhlükədir. Bunu nəzərə alan ABŞ öz müttəfiqlərinə də bu fikri təlqin etməklə Cənubi Qafqazda Azərbaycana ciddi dəstək vermək planını həyata keçirməyə başlayıblar. ABŞ daha Cənubi Qafqazdakı prosesləri Rusiyanın inhisarına buraxmaq fikrində deyil. Bu, son vaxtlar aydın müşahidə edilir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar