Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Avropa komandanlığı: Suriyaya atılan bircə raket belə vurulmayıb

“Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar”


Bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) mətbuata açıqlamasında deyilir.

 “Bu missiyada iştirak etmiş heç bir raket Suriya HHM qüvvələri tərəfindən uğurla vurulmayıb və Rusiya HHM sistemlərinin işə salındığına dair heç bir əlamət yoxdur”, - deyə açıqlamada bildirilir.
 
Açıqlamada qeyd olunur ki, ümumilikdə hədəflərə 105 raket atılıb. Qırmızı dənizdən – “Monterey” (ABŞ) kreyserindən 30 “Tomahawk” raketi, “Laboon” (ABŞ) eskadra mina gəmisindən 7 eyni tip raket; Fars Körfəzindən – “Higgins” (ABŞ) eskadra mina gəmisindən 23 raket; Aralıq dənizindən – “John Warner” (ABŞ) sualtı qayığından 6 raket, “Languedoc” Fransa freqatından 3 raket buraxılıb. Havadan 2 ədəd “B-1B Lancer” ABŞ strateji bombardmançısı tərəfindən 19 raket, Britaniyanın “Tornado” və “Typhoon” hücum təyyarələrindən 8 raket, Fransanın “Rafales” və “Mirages” hücum təyyarələrindən 9 raket buraxılıb.
 
ABŞ-ın Avropa qüvvələrinin komandanı Kertis Skaparotti bildirib ki, əməliyyat dəqiqliklə planlaşdırılaraq icra edilib və EUCOM-un istənilən vəziyyətə operativ reaksiya vermək qabiliyyətini təsdiqləyib. 
 
Qeyd edək ki, aprelin 14-də səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Surİyadakı 3 obyektə raket zərbələri endirilib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar