Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan altı ölkə vətəndaşlarına vizaların verilməsində yeni meyarlar


ABŞ altı ölkə vətəndaşlarına vizaların verilməsində yeni meyarlar tətbiq edib


ABŞ altı ölkə vətəndaşlarına (İran, Yəmən, Liviya, Suriya, Somali, Sudan) və qaçqınlara vizaların verilməsində yeni meyarlar tətbiq edib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin memorandumunda bildirilir.

Sənədə əsasən, vizaların yalnız ABŞ-da sıx ailə və işgüzar əlaqələri olan namizədlərə verilməsi nəzərdə tutulur. Vurğulanır ki, namizədlər ABŞ-da yaxın qohumlarının (valideynlər, uşaqlar, bacı və qardaşlar) daimi yaşadığını sübut etməlidirlər. Həmçinin, uzaq qohumlarla bağlı müraciətlərə baxılmayacağı bildirilir. Müvafiq sənəd ABŞ-ın xaricdəki diplomatik nümayəndəliklərinə göndərilib.

Xatırladaq ki, fevral ayında ABŞ prezidenti D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.

İyunun 26-da ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qismən qüvvəyə minməsi barədə qərar çıxarıb. Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı qismən icra olunacaq. Yuxarıda qeyd olunan fərmanla bağlı Ali Məhkəmənin növbəti iclası oktyabr ayına təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar