Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan Yeravana “seçim et” mesajı: Rusiyaya qarşı sanksiyalar Qarabağın müdafiəsini sarsıdır


Ədalət Verdiyev: “Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı davam etdirməsi mümkündür və Ermənistan buna məhkumdur, amma bu sonda Ermənistanın Qərblə müəyyən problemlərinin yaşanmasına səsəb ola bilər”


İlqar Vəlizadə: “Ermənistanda prezident seçkiləri və yaxud baş nazir postuna yeni namizədliyin irəli sürülməsi ərəfəsində bu mesajın verilməsi dolayı yolla ABŞ-ın Ermənistanın daxili siyasətinə qarışmaq niyyətində olduğunu biruzə verir”.

ABŞ hökuməti Ermənistanı Rusiya Federasiyası ilə olan münasibətlərinə görə sanksiyalarla hədələyib. ABŞ-ın Yeravandakı səfiri hesab edir ki, Rusiya Hərbi Sənayə Kompleksinə tətbiq olunan sanksiyalara görə Ermənistan da sanksiyalara məruz qala bilər. ABŞ səfirinin bu mülahizəsini Rusiya Baş nazirinin müavini Dmitri Roqozin də təsdiqləyib. Roqozin onu da qeyd edib ki, ABŞ sanksiyalarından Rusiya Hərbi Sənayə Kompleksinə 100 milyardlarla ziyan dəyə bilər. 

Seçki qabağı ABŞ-ın Yeravandakı səfirinin bəyanatı Ermənistanda heç də birmənalı qarşılanmayıb. Ermənistanın müdafiə nazirliyi bəyan edib ki, məsələ xarici işlər nazirliyinin nəzarəti altındadır. Ermənistanın xarici işlər nazirinin mətbuat katibi Tiqran Balayan da öz növbəsində bəyan edib ki, rəsmi Yerevan partnyor ölkələrlə əməkdaşlığını yüksək qiymətləndirir. Bununla yanaşı, Ermənistanın maliyyə naziri Vardan Aramyan bildirib ki, Ermənistan üçün problemli vəziyyət yaransa, erməni tərəfi amerikalı partnyorlarla danışıqlara başlayacaq. 

Görünür ki, Ermənistanın silah təchizatı yalnız Rusiyadan olduğuna görə Yeravan silah təchizatında problemlə üzləşə biləcəyindən ciddi narahatdır. Bu da Ermənistanı gələcəkdə çıxılmaz vəziyyətə sala bilər. Məsələ ilə bağlı Ermənistan KİV-ləri isə yazır ki, Rusiya sanksiyaları Ermənistana da ziyan vuracağı təqdirdə Vaşinqton Qarabağ müharibəsini tətikləmiş olacaq. Ermənistan KİV-lərinin məsələyə yaxınlaşmasından da görünür ki, Yeravan Rusiya ilə hərbi əməkdaşlıq üçün ABŞ-dan xüsusi ayrıcalıq istəyir və bunun üçün də faktiki olaraq Azərbaycan ordusunun daha da güclənib Qarabağ müharibəsində qələbə əldə edəcəyi ilə bağlı ABŞ ictimaiyyətini və ermənipərəst Konqress üzvlərini şantaj edir. 

Hazırkı vəziyyətdə Ermənistanın Rusiyadan silah almaqdan imtina etməsini siyasi və iqtisadi cəəhətdən mümkün hesab etmək olarmı? Və yaxud da Rusiyadan silah aldığına görə Ermənistanı Qərbdə hansı itkilər gözləyə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  hərbi ekspert Ədalət Verdiyev və politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

Картинки по запросу ilqar vəlizadə

İlqar Vəlizadə: “ABŞ Rusiya-Ermənistan hərbi texniki əməkdaşlığından narahatdır və bu əməkdaşlığın davam etməsini istəmir”.


ABŞ səfirinin bəyanatının Ermənistana edilən bir xəbərdarlıqdan ibarət olduğunu bildirən politoloq İlqar Vəlizadənin fikrincə, Ermənistanın Rusiyadan imtina etməsi onun çökməsinə səbəb olacaq:

ABŞ səfirinin bu cür bəyanatla çıxış etməsi birmənalı olaraq siyasi mesaj xarakteri daşıyır. Əsas məsələ ondan ibarətdir ki, ABŞ Rusiya-Ermənistan hərbi texniki əməkdaşlığından narahatdır və bu əməkdaşlığın davam etməsini istəmir. ABŞ səfirinin bəyanatından da bu fikir açıq görünür. 

Bu baxımdan Ermənistan çox çətin vəziyyətə düşüb. Çünki Ermənistan Rusiyanın müttəfiqi olaraq, təkcə hərbi sursatlar almır. Bilirik ki, Ermənistanın bütün iqtisadiyyatı Rusiya monopolistlərinin əlindədir. Ermənistana qarşı sanksiyalar  tətbiq edildiyi tədqirdə bütün vacib obyektləri və iri şirkətləri də sanksiyanın təsirinə məruz qalacaq. 

ABŞ səfirinin mesajı onu göstərir ki, sanki ABŞ Ermənistanı seçim qarşısında qoyur. Ermənistanda prezident seçkiləri və yaxud baş nazir postuna yeni namizədliyin irəli sürülməsi ərəfəsində bu mesajın verilməsi dolayı yolla ABŞ-ın Ermənistanın daxili siyasətinə qarışmaq niyyətində olduğunu biruzə verir və bu niyyətini Ermənistan rəhbərliyinə çatdırmaq istəyir. 


İlqar Vəlizadə: “ABŞ səfirinin mesajı onu göstərir ki, sanki ABŞ Ermənistanı seçim qarşısında qoyur”.


Onu da qeyd edim ki, Ermənitanın Rusiyadan başqa bazarı yoxdur. Ona görə ki, Ermənistan Rusiyanın verdiyi kreditlər hesabına silah-sursat ala bilir. Rusiyadan başqa, heç bir ölkə bu şərtlərlə Ermənistana silah satmaz. Belə bir vəziyyətdə isə Ermənistan Rusiyanın silah bazarından imtina etsə, çox aciz duruma düşəcək. Çünki Ermənistan Rusiyadan təkcə yeni silahlar deyil, köhnə silahların ehtiyat hissələrini, patronlarını da alır. 

Ermənistan indi əlində olanları saxlamaq üçün Rusiyaya ehtiyacı var. Bu baxımdan  Rusiaydan imtina edərsə, iflic vəziyyəti ilə üzləşəcək”.


Ədalət Verdiyev: “Ermənistanın Rusiyadan başqa, digər dövlətlərdən borca silah-sursat alması mümkün deyil”.


Rusiya Hərbi Sənayə Kompleksi ilə əməkdaşlığına görə Ermənistana qarşı sanksiyalar tətbiq olunarsa, bunun Azərbaycanın maraqlarına uyğun olacağını vurğulayan hərbi ekspert Ədalət Verdiyeva görə, sanksiyalar Ermənistana iqtisadi və siyasi baxımdan ciddi zərər vura və Ermənistan ordusunun silah-sursatla təminatını zəiflədə bilər:

“Təbii ki, Ermənistana qarşı sanksiyaların  tətbiq olunması birmənalı qarşılana bilməz. Yaxın günlərdə Ermənistanın maliyyə naziri Vardan Aramyanın məsələ ilə bağlı fikirləri göstərdi ki, mövcud durum böhrana yaxınlaşan bir vəziyyətdir. Ermənistanın Rusiyadan silahların alınmasından imtina etməsini siyasi və iqtisadi cəhətdən mümkün hesab edirəm. Lakin Ermənistan üçün bunun nəticələrinin necə olacağını təsəvvür etmirəm. 

Rusiya ilə Ermənistanın silah alış-verişi Rusiyanın ayırdığı kreditlər hesabına həyata keçirilir. 2016-cı ildə Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollarlıq kredit ayırmışdı.  Növbəti  100 milyon dollarlıq kredit isə  2018-2023-cü illər ərzində qaytarılmaq şərtiylə bağlanmışdı. Bu kredit Ermənistana 3 ilə 5% şərti ilə verilib və demək olar ki, Ermənistan tərəfi kredit tranşından yararlana bilməyib. Yararlanması da mümkün görünmür. Çünki ABŞ tərəfindən sanksiyalar tətbiq edildikdən sonra bütün əməkdaşlıqlar və bank hesabları dondurulur. 

Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı davam etdirməsi mümkündür və Ermənistan buna məhkumdur, amma bu sonda Ermənistanın Qərblə müəyyən problemlərinin yaşanmasına səbəb ola bilər. Əməkdaşlığın dayandırılması isə Ermənistanın müharibədə məğlubiyyətinə və cəbhədə silah-sursat çatışmamazlığı ilə üzləşməsinə səbəb ola bilər. Bu baxımdan Ermənistan mütləq şəkildə müəyyən riskləri gözə almalıdır. 

Ədalət Verdiyev: “Rusiyaya qarşı sanksiyalar Ermənistanın başını ciddi şəkildə ağrıdacaq”.


Ola bilər ki, Ermənistan tərəfi Rusiyaya məxsus 102-ci hərbi bazasına  təczihat adıyla gələn silahlardan müəyyən hissəsini öz maraqlarında istifadə etməyə çalışacaq və Rusiyada buna razılıq verəcək. Buna görə də bizim hərbi, diplomatik və digər resurslardan istifadə edərək sırf bu əməkdaşlığı sübut etmək üçün ortaya dəlillər qoymağa dair məqsədimiz olmalıdır və bunun üçün də indidən çalışmalara başlamalıyıq.

Ermənistanın Rusiyadan başqa, digər dövlətlərdən borca silah-sursat alması mümkün deyil. Bunu Yeravanda da yaxşı anlayırlar. Üstəlik Buna Rusiya da göz yummaz. Ona görə də hesab edirəm ki, Rusiyaya qarşı sanksiyalar Ermənistanın başını ciddi şəkildə ağrıdacaq. Ermənistana qarşı tətbiq edilən sanksiyaların ən ağır forması hərbi əməkdaşlığa, bank hesablarının dondurulmasına, oliqarxlar və yüksək vəzifəli məmurların fəaliyyətinə ciddi təsir edə bilər. Eyni zamanda  Avropaya giriş və çıxış qadağan oluna, pul dövriyyəsinin fəaliyyətinə çox mənfi təsir edə bilər. 

Digər tərəfdən isə ölkə rəhbərliyi  iqtisadi və siyasi təzyiqlərə məruz qala bilər. Bu təzyiqlər ölkənin elitasının parçalanmasına gətirib çıxaracaq. Yəni, bəzi insanlar sırf biznesini düşünərək qızğın mübahisələrin yaranmasına şərait yarada bilərlər. Əslində bu hadisə bizim maraqlarımıza cavab verir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar