Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan Rusiyaya sərt sanksiya - Avropa narazıdır



ABŞ Konqresinin nümayəndələr Palatasının əksəriyyəti iyulun 25-də Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib. Bu barədə Reuters məlumat yayıb.


Bu qərarı həm ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi partiyanın üzvləri, həm də demokratlar fəal şəkildə dəstəkləyiblər. Sonra sənəd Senatda baxışa çıxarılacaq, daha sonra imza üçün prezidentə təqdim ediləcək. 

Qanun layihəsi böyük səs çoxluğu ilə qəbul edilb. 419 səsdən   yalnız 3-ü əleyhinə olub. Layihənin qəbulunda Respublikaçıarla birlikdə  Demokratların nümayəndələri də fəaalıq nümayiş etdiriblər.

Nümayəndələr Palatasının təsdiqindən sonra sənəd Senata,  daha sonra isə imzalanması üçün dövlət başçısına göndəriləcək. Ağ Evin mətbuat katibinə görə, Donald Tramp Moskvaya qarşı sərt yanaşmanı dəstəkləyir, “lakin amerikalılar “ən yaxşı razılaşmaya” əmin olmaq istəyir”. Ağ evdən həmçinin bəyan ediblər ki, prezident bu sənədi imzalamaq barədə hələ qərar verməyib. Bundan başqa, sanksiyalar paketini yenidən nəzərdən keçirmək tələbi ilə ABŞ-ın iri  biznes nümayəndələri də çıxış etmişdilər. 

Lakin, bu razılaşmadan Rusiya ilə böyük layihələrdə iştirak edən Avropa şirkətlərinin ziyan görmək ehtimalı var. Çünki, ABŞ-ın sanksiyaları bu şirkətləri milyardlarla avro itirmək riski altında qoyur. Yeni sanksiyalar Avropada tənqid atəşinə tutulub. Həmçinin məlum olub ki, Avropa İttifaqı Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalara cavab verə bilər. Əsasən də Aİ Amerika şirkətlərinin Avropa banklarında kreditlərə çıxışını məhdudlaşdıra bilər.  

Yeni sanksiyalar  2014-ci ilin əvvəlindən bəri qəbul edilmiş ən irimiqyaslı məhdudiyyət ola bilər. Sənədin, xüsusilə, Rusiyanın “Şimal axını – 2” layihəsinə qarşı olduğu bildirir.

Qanun layihəsi sanksiyaların ləğv edilməsinə dair prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını və bu məsələlərdə son sözün konqresə məxsus olmasını nəzərdə tutur. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar