Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dakı prezident seçkilərinə Azərbaycanda maraq azalıb


Natiq Miri: “Azərbaycan cəmiyyəti, siyasi qüvvələri ABŞ-ın öz geosiyasi maraqlarını demokratiyadan daha üstün tutduğunu anladı, ancaq çox gec anladı”


2016-cı ildə ABŞ-da növbəti, 58-ci prezident seçkiləri keçiriləcək. Qarşıdakı 4 il ərzində dünyanın ən qüdrətli ölkəsinin birinci şəxsi olmaq uğurunda iddialıların bəzilərinin adları artıq bəllidir: Demokrat Partiyasından hələlik ən ciddi namizədi keçmiş dövlət katibi və senator Hillari Klintondur.



Hillari Klinton xeyli dərəcədə şanslı namizəd hesab olunur. Eyni zamanda seçiləcəyi təqdirdə ABŞ-da daha bir ilk gerçəkləşəcək, yəni o, ilk qadın prezident olacaq. ABŞ-ın hazırkı prezidenti Barak Obama artıq öz partiyadaşı və sabiq kabinet üzvü Klintonun namizədliyini dəstəkləyib. 
Ancaq ABŞ qanunlarına görə, xanım Klinton partiyasının namizədi olmaq üçün digər namizədləri üstələməlidir. Demokrat Partiyasından isə digər iddialılar da var - müstəqil senator Berni Sanders 2016-cı il seçkilərində Demokrat Partiyasından namizədliyə iddiasını elan edib.



Başqa bir iddialı Meriland ştatının keçmiş qubernatoru Martin O"Malleydir.

ABŞ prezidentliyinə respublikaçı iddialıların da bəziləri məlumdur. Respublikaçıların mühafizəkar qanadına mənsub Texas senatoru Ted Kruz artıq prezidentliyə namizədlik üçün iddialı olduğunu elan edib. Sosial şəbəkədən namizədlik anonsu verən senatorun mühafizəkar qanadda dəstəyinin olduğu deyilir. O, Barak Obamanın səhiyyə islahatları paketinə qarşı Senatda dayanmadan 21 saat çıxış etməsi ilə medianın gündəminə düşmüşdü. 

Daha bir respublikaçı namizəd Buş ailəsinin üzvü, Florida ştatının keçmiş qubernatoru Ceb Buş ola bilər. Prezidentlər ailəsindən olan Ceb Buşun adı mediada “Ağ evə tanış soyad” kimi təqdim olunur. Qərb mətbuatında ABŞ prezidentliyinə başqa bir iddiaçının Florida ştatının senatoru Mark Rubio olduğu qeyd olunur. Respublikaçılardan başqa bir namizəd iddiaçının Karli Florina olacağı gözlənilir. İddialıların sayı artmaqda davam edir. 

Siyasi müşahidəçilər ABŞ-da növbəti prezident seçkilərinin xeyli dərəcədə rəqabətli olacağını qeyd edirlər. 

Maraqlıdır ki, ABŞ-da yaxınlaşmaqda olan prezident seçkilərinə Azərbaycan cəmiyyətində, mediada, siyasi qüvvələrdə əvvəllər olduğu kimi diqqət, maraq müşahidə edilmir. 2009-cu ilədək Azərbaycan cəmiyyətində ABŞ-da hakimiyyətə kimin gələcəyi, Demokratlar Partiyasının, yoxsa Respublikaçılar Partiyasının iqtidar olacağı, onlardan hansının hakimiyyətə gəlişinin Azərbaycanda demokratiyaya dəstək sarıdan sərfəli olacağı ilə bağlı böyük maraq var idi. Amerikadakı seçki prosesini Azərbaycanda cəmiyyəti həssaslıqla izləyirdi. 
Nə baş verdi ki, bu maraq öləzidi? 

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri hesab edir ki, bu, Azərbaycan toplumunda ABŞ-dan gözləntilərin, ədalətin bərpa olunacağına Vaşinqtondan dəstək olacağına ümidlərin ölməsi ilə bağlıdır: “Bizim toplum sovetlər birliyi dağılandan sonra, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi kimi böyük bir bəla ilə üzləşəndən sonra, eyni zamanda seçkilər hər dəfə saxtalaşdırıldıqdan sonra bir ədalət axtarışındadır. Bu ədaləti həmişə hansısa “ağ atlı oğlan”ın gəlişinə bağlayıblar. Təbii ki, ABŞ da bir dünya gücüdür və ədaləti bərpa etmək missiyasını bir növ üzərinə götürüb. Ona görə ABŞ-dan Azərbaycan cəmiyyətində də həmişə gözləntilər olub. 

Əslində isə hər bir cəmiyyət gücü özündə axtarmalıdır, ədalətin bərpa olunması üçün özü hərəkət etməlidir. Müasir dünyada kənardan sənə yardım edəcək qüvvələr mütləq mənada bu prosesin içinə özünün geosiyasi maraqlarını da qatır. Azərbaycandan da ABŞ-a demokratiya və insan hüquqları haqda gözləntilər də bu geosiyasi maraqlar ucbatından doğrulmadığı üçün artıq Azərbaycan cəmiyyətində ABŞ-da hakimiyyətə kimin gəlməsinə əvvəlki diqqət, maraq yoxdur. Çünki məhz son 20 il ərazində ABŞ-da hakimiyyətlər bir-birini əvəz etdi, demokratlar da hakimiyyətdə oldu, respublikaçılar da iqtidarda oldular, bir-birini əvəz edə-edə davam edirlər. Lakin bu dəyişikliklərə rəğmən Azərbaycan cəmiyyətinin gözləntiləri doğrulmadı, Azərbaycanda heç nə dəyişmədi”. 

Ekspertin sözlərinə görə, Azərbaycan cəmiyyəti gördü ki, ABŞ-da hakimiyyətə hansı siyasi qüvvənin gəlməsinin ölkəmizdə demokratiya məsələsinə təsiri olmur. Dünya gücləri, o cümlədən ABŞ-da iqtidara gələn qüvvələr ilk növbədə öz geosiyasi maraqlarını həyata keçirmək yolunu tuturlar, onların Azərbaycanda da öz prioritetləri var və dəfələrlə rəsmi şəkildə bəyan edilib ki, demokratiya bu prioritetlər sırasında son yerdədir: “Azərbaycan cəmiyyəti də bunları gördükcə, dünyanın fövqəldövlətinin hakimiyyətinə kimin gələcəyinə illər uzunu göstərdiyi marağı artıq nümayiş etdirmir. 

Azərbaycan cəmiyyəti, siyasi qüvvələri ABŞ-ın öz geosiyasi maraqlarını demokratiyadan daha üstün tutduğunu anladı, ancaq çox gec anladı. ABŞ-ın maraqları siyasi hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq dəyişəsi deyil və ABŞ-a da həddən artıq böyük rol ayırıb, nicatın ondan gələcəyini gözləmək düzgün deyil”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar