Səkkiz avtomobil istehsalçısı ABŞ-da satışa çıxarılan 12 milyon avtomobili geri çağırır
"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb həmin avtomobillərdə quraşdırılan və Yaponiyanın "Takata" şirkətinə məxsus təhlükəsizlik yastıqlarında nasazlığın olmasıdır.
Bununla yanaşı, "Honda Motor" 4,5 milyon, "Fiat Chrysler" isə 4,3 milyon avtomobili geri çağırır.
Qeyd edək ki, bu yaxınlarda "Takata" istehsal etdiyi 40 milyon təhlükəsizlik yastığını yararsız sayıb.
pia.az