ABŞ-ın Missouri əyalətində zəncirvari qəza baş verib
APA-nın “CNN”-ə istinadən verdiyi xəbərə görə, Marshfield şəhəri yaxınlığındakı magistral yolda 100-ə yaxın avtomobil toqquşub. Hadisəyə əlverişsiz hava şəraiti və yolların buz bağlamasının səbəb olduğu bildirilir.
Hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
pia.az