Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da anti-Rusiya sanksiyaları ətrafında diskussiya mübahisəyə çevrilir


ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətlərin qurulması ilə bağlı yol xəritəsi işləyib hazırlayıb


ABŞ Respublikaçılar partiyası Nümayəndələr palatasında anti-Rusiya sanksiyalarının tətbiq olunması üzrə səsverməni dondurub.

Senat tərəfindən Nümayəndələr palatasına göndərilən sənəd düzəlişlər olunması üçün profil komitəsinə göndərilib.

Associated Press agentliyinin verdiyi xəbərə görə, əgər ABŞ parlamentinin aşağı palatası qanun layihəsini dəyişdirdiyi təqdirdə sənədin son variantının qəbulu ilə bağlı Senatla geniş müzakirələr açıla bilər. Lakin prosesin indidən ləngidilməsi demokratların və bir sıra respublikaçı qanunvericilərin qəzəbinə səbəb olub.

Məsələn, Moskvaya qarşı xüsusi antipatiyası ilə seçilən konqresmenlərdən sayılan demokrat Eliot Engel respublikaçıların qanun layihəsinin ləngitməsinin arxasında şübhəli məqamların olduğunu dilə gəitirib.

Engelin rəyincə, belə bir situasiya Donald Tramp administrasiyasının əlinə xeyli manevr imkanı verir.

“Bu bütün prosesi ləngidəcək və Ağ Evə Kremlin məsuliyyətə cəlb edilməsi yönündə bütün cəhdləri heçə endirməsinə gətirib çıxaracaq. Respublikaçılar qanun layihəsini dərhal palatanın müzakirəsinə çığırıb onun prezidentin masasının üzərinə qoyulmasına nail olmalıdırlar”,- konqresmen bildirib.

ABŞ Nümayəndələr palatasının spikeri Pol Rayanın mətbuat katibi Eşli Stronq da spikerin Rusiyanın prezident seçkilərinə müdaxilə ilə əlaqədar məsuliyyətə cəlb olunması üçün əlindən gələni edəcəyini söyləyib. O, Rayanın qanun layihəsinin palatanın beynəlxalq əlaqələr üzrə komitəsində müzakirə edildikdən sonra prezidentə göndəriləcəyini vəd edib.

Lakin qanun ən çox Dövlət Departamentinin və onun rəhbəri Reks Tillersonun müqaviməti ilə üzləşib.

Hələ keçən həftə Konqresdəki müzakirələrdə Tillerson sanksiyaların mövcud diplomatik situasiya ilə uyğunlaşdırılmasına ehtiyacı olduğunu söyləmişdi.

Bundan başqa, Tillerson qanun layihəsinin Ağ Evin Vaşinqtonla Moskva arasında münasibətlərin düzəldilməsi yolunda böyük əngəl törədəcəyini açıq şəkildə dilə gətirmişdi.

ABŞ-ın Buzzfeed siyasi xəbər portalının verdiyi xəbərə görə, Reks Tillerson ABŞ-Rusiya münasibətləri ilə bağlı xüsusi yol xəritəsi işləyib hazırlayıb. Planın əsas məqsədi müəyyən dar məsələlərin müzakirəsi ilə əlaqədar Putinlə konstruktiv işçi münasibəltərin qurulmasından ibarətdir”, - yazı müəllifi Con Hadson qeyd edir.

“İndiki məqamda Rusiya-Amerika münasibətləri küçədəki su axınları borusundakı kimidir. Biz onun tamamilə kanalizasiyaya tökülməsinə imkan verə bilmərik”, - Dövlət Departamentinin yüksək rütbəli məmuru jurnalistə bildirib.

Məqalə müəllifinə görə, sənəddə nəzərdə tutulan sxem 3 sütunda əks olunub.

“Birinci sütun Moskvaya ABŞ-a qarşı aqressiv hərəkətlərinin uğursuzluqla nəticələyinin lübüdlüyünün və hər iki tərəf üçün heç bir fayda verməyəcəyinin çatdırılmasından ibarətdir. Əgər Rusiya Əfqanıstanda Talibana silah tədarük edilməsi və ya Moskvada ABŞ diplomatlarının sıxışdırılması kimi ABŞ-ın maraqlarına zidd hərəkətlər etsə, buna qarşı ən sərt şəkildə cavab veriləcək.

İkinci sütun ABŞ-ın strateji mənada maraqlı olduğu məsələlər üzrə qarşılqlı fəaliyyətin yürüdülməsini əhatə edir. Bu Suriyadakı vətəndaş müharibəsi, Şimali Koreyanın nüvə proqramı, kibertəhlükəsizlik və casusluq kimi problemləri özündə birləşdirir. Tillerson Moskva və Şimali Koreya arasında silah ticarətinin dayandırılmasını və Rusiya ilə İŞİD-lə savaşda koordinasiyanın gücləndirilməsini istəyir.

Üçüncü sütunda isə Rusiya ilə münasibətlərdə “strateji sabitliyin” əhəmiyyətinə diqqət çəkilir. Bu bir sıra uzunmüddətli qarşılqlı geopolitik hədəflərin icra edilməsini nəzərdə tutur.

Lakin ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stievn Payfer D.Trampın Tillersunun təklif etdiyi sxemlə razılaşmasının məchul olduğunu söyləyib:“Əgər bu dörd ay bizə nəsə öyrədibsə, onu deyə bilərəm ki, prezident Tillerosnun tərtib etdiyi sənədi istənilən vaxt zibil yeşiyinə tulllaya bilər”.

Siyasi ekspert Ceyms Karafanonun sözlərinə görə isə, Tillerson bu sənədlə həm ictimaiyyətə , həm də prezidentə məsələ ilə bağlı fəaliyyət göstərdiyini sübut etməsi üçündür.

“Hamı bilir ki, Putin Suriya və Şimali Koreya məsələsində barmağını da tərpədən deyil”, - ekspert qeyd edib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar