Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da aktiv neft quyularının sayı kəskin artıb


ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı yanvarın 14-dən 20-dək 35 ədəd və ya 5,3% artaraq 694-ə çatıb


"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 29 ədəd və yaxud 5,6% artaraq 551 ədəd, qaz quyularının sayı 6 ədəd və yaxud 4,4% artaraq 142 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 41 ədəd və yaxud 8%, qaz quyularının sayı isə 15 ədəd və yaxud 11,8%, ümumilikdə isə neft-qaz quyularının sayı 57 ədəd və yaxud 8,9% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 74,4% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 65,8% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay müddətində neft qiymətlərinin 50-60 dollar/barel diapazonunda hərəkət etməsi gözlənilir. Belə olduğu təqdirdə, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq. Qeyd edək ki, ötən həftə ABŞ-da aktiv neft-qaz quyularının sayında azalma qeydə alınıb və bunun texniki səbəblərdən baş verdiyi ehtimal edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar