Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da Rusiya agenti tutuldu, ittihamnamə mətbuata ötürüldü

Tramp-Putin görüşü bitər-bitməz növbəti sensasiya


Birləşmiş Ştatlarda rusiyalı qadın saxlanıb. Onun amerikalı mühafizəkar siyasətçilər və qruplarla əlaqələr saxladığı bildirilir, Rusiya hökumətinin gizli agenti kimi çalışmaqda ittiham olunur.

İyulun 16-da irəli sürülmüş ittihamnaməyə görə, 29 yaşlı Maria Butina ABŞ siyasətçiləri ilə əlaqələr qurmağa, bu ölkədə siyasi təşkilatlara nüfuz etməyə çalışıb, eyni zamanda Moskvada yüksəkçinli məmura informasiya ötürüb. Onun ölkənin nüfuzlu silah lobbiçiliyi təşkilatı olan Milli Silah Assosiasiyasına girməyə çalışdığı vurğulanır.

İttihamnamədə deyilir ki, Butina 2015-ci ildə yazdığı emaildə silah assosiasiyasını Birləşmiş Ştatlarda konqres seçkilərinin “ən böyük sponsoru” adlandırıb, qeyd edib ki, Rusiya ABŞ-la münasibətləri yaxşılaşdırmaqdan ötrü bu qurumla, eləcə də respublikaçıların siyasi kampaniyalarının əsas dəstəkçisi olan Mühafizəkar Siyasi Hərəkət Konfransı ilə əlaqə yaratmalıdır.

Butina Rusiyada silah hüquqlarını müdafiə edən Silah Gəzdirmək Hüququ təşkilatının təsisçisidir. Ona ittihamlar Helsinkidə ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə sammiti bitəndən bir neçə saat sonra irəli sürülüb.

İttihamnamədə Butinanın Rusiyanın ABŞ siyasətində maraqlarının təbliği üçün çalışdığı qeyd olunur. Onun Moskvaya 2014-cü ildə tətbiq olunmuş sanksiyaların yüngülləşdirilməsi üçün çalışdığı bildirilir.

2015-ci ilin iyulunda YouTube-da yerləşdirilmiş videoda Butina prezidentliyə namizəd Trampdan soruşur ki, prezident seçilərsə, Rusiyaya sanksiyaları dəstəkləyəcəkmi.

“Reuters” anonim mənbəyə istinadla Butinanın Trampın tərəfdarı olduğunu xəbərləyir. İddiaya görə, o, Vaşinqtonda tədbirlərdə lovğalanırmış ki, siyasi əlaqələri hesabına seçkidən sonra adamların Tramp administrasiyasında iş tapmasına kömək edə bilər.

Butinanın Moskvada yüksəkçinli hökumət rəsmisinə məlumat ötürdüyü bildirilsə də, ittihamnamədə onun adı çəkilmir. Amma həmin rəsminin “daha öncə Rusiya Federasiyasında qanunvericilik orqanının üzvü olduğu, sonradan Rusiya Mərkəzi Bankında rəhbər vəzifə tutduğu” qeyd olunur.

Bu təsvir Aleksandr Torşinə uyğun gəlir. Butinanın “Facebook” səhifəsində Torşin ilə xeyli fotosu var.

2012-ci ildə Milli Silah Assosiasiyasına ömürlük üzv seçilən Torşin apreldə sanksiyalara məruz qalmış rusiyalı oliqarxlar və məmurlar sırasındadır. Həmin sanksiyalar Putinlə münasibətlərə və “Rusiyanın məkirli fəaliyyətinin təbliğinə” görə qoyulub.

Məhkəmə sənədlərindən Butinanın özəl lobbiçi qruplarının sponsorluq etdiyi bir sıra tədbirlərə qatıldığı da qeyd olunur. Bildirilir ki, Butina ilə işləyən bir amerikalı 2016-cı ilin oktyabrında seçkiqabağı Kremllə ABŞ siyasi partiyasının “əsas” rəsmiləri arasında “özəl kommunikasiya xətti” yaratmağa cəlb olunduğunu yazıb.

Butina-nın vəkili Robert Driscoll isə iddiaları şişirdilmiş adlandırıb, deyib ki, prokurorlar adi şəbəkələşmə imkanlarını kriminallaşdırıblar. O, Butinanın Rusiyanın agenti olmadığını, Birləşmiş Ştatlarda tələbə vizasıyla qaldığını, Amerika Universitetindən beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi aldığını vurğulayıb.

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller prezident Trampın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirliyi araşdırır. Tramp və Rusiya iddiaları təkzib edib.(Azadliq radiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar