Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da 28 may “Azərbaycan Milli Günü” elan edildi



Vaşinqton şəhərinin meri Müryel Bouzer (Muriel Bowser) 2015-ci ilin 28 may tarixinin ABŞ paytaxtında rəsmi olaraq Azərbaycan Milli Günü elan edilməsi barədə Bəyanat imzalayıb


Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, sənəddə 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk dünyəvi müsəlman Demokratik Respublikası olduğu, bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququnu vermiş ilk müsəlman ölkəsi olduğu qeyd edilir. Azərbaycanın ABŞ-ın önəmli strateji tərəfdaşı olduğu vurğulanır. Bildirilir ki, sayı 40 milyondan artıq olan dünya Azərbaycanlıları 97 ildir ki 28 may tarixini Milli Gün kimi qeyd edir.

ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq bir ənənəyə çevrilib. Hazırda ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 mayın Azərbaycan Milli Günü elan edilir.

Qeyd edək ki, keçən ilin sonu Vaşinqtonun meri seçilmiş M.Bouzer şəhər tarixinə bu vəzifəyə seçilmiş ikinci qadın kimi düşüb. (azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar