Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Rusiya münasibətləri qırmızı xəttdən kənara çıxa bilərmi?


Şahin Cəfərli: “Mövcud durumda Rusiya ilə ABŞ arasında hər hansı anlaşmanın əldə olunmasını gözləmirəm”


Rusiya Suriyadakı bazalarına əlavə qüvvələr göndərə bilər, amma ABŞ-la birbaşa hərbi toqquşmanın baş verməsində maraqlı deyil”.

Bu sözləri politoloq Şahin Cəfərli ABŞ dövlət katibi Reks Tillersonun Rusiyaya edəcəyi səfərin mümkün nəticələrini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi bu gün ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya səfər edəcək. Qərb mətbuatının yazdığına görə Tillerson Putindən Əsədi dəstəkləməkdən vaz keçməyi və Suriya probleminin həllində Qərb dövlətlərinin mövqeyindən çıxış etməyi tələb edəcək. Həmçinin qeyd edək ki, bu səfər Birləşmiş Ştatarın Suriyada mülki vətəndaşlara qarşı kiməyvi silahlardan istifadə etməsinə cavab olaraq Suriya hava bazasına raket atmasından bir neçə gün sonraya təsadüf edir. 

Xatırladaq ki, Suriya hökümətinin üsyançıların nəzarət etdiyi İdlibdə zəhərli qaz hücumu həyata keçirərək azı 100 nəfərin ölümünə səbəb olmasından bir neçə gün sonra ABŞ Prezident Donald Trampın əmri ilə aprelin 7-də Pentaqon Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromunu raket atəşinə tutdu. Bu atəş hücumunun qurbanlarının çoxu azyaşlı uşaqlar olub. Hücumdan öncə ABŞ dövlət katibi Reks Tillerson Bəşər Əl-Əsədin aqibətinin Suriya xalqından asılı olduğunu demişdi. Hücumdan sonra isə o, Suriyanı və Rusiyanın Əsəd rejiminə dəstəyini hədəf aldı. Hücumdan sonra Rusiya prezidenti Vladimir Putin isə bildirdi ki, ABŞ-ın bu hücumu suveren dövlətə qarşı həyata keçirilib. Rusiya prezidenti onu da iddia etdi ki, Ağ Ev İraqda ABŞ təyyarələrinin dinc sakinləri öldürməsi faktını unutdurmaq üçün Suriya hakimiyyətini kimyəvi silahdan istifadə etməkdə günahlandırır. 

Suriaya raket hücumundan sonra prezident Donald Tramp Bəşər Əsədə proporsional cavab verdiyini bildirdi. Prezidentin fikrincə, kimyəvi silahdan məhz Bəşər Əsədin əmri ilə istifadə olunduğundan əmindir. Eyni zamanda ABŞ-ın dövlət katibi Reks Tillerson RusiyaSuriyada olan kimyəvi silahın ləğv olunmsı ilə bağlı 2013-cü il sazişini yerinə gətirməməkdə ittitam etdi və Rusiyanı da kimyəvi silahdan istifadəyə görə məsuliyyət daşıyan tərəf olduğunu bildirdi. Tillerson onu da qeyd etdi ki, həyata keçirilən raket zərbəsi Trampın qətiyyətli addım atmasına hazır olduğunun göstəricisidir. 

Bu atmosferdə Moskva görüşündə hər hansı bir anlaşmanının əldə ediləcəyini zənn etmək olar?  Yaranmış situasiyada ABŞ-Rusiya münasibətləri qırmızı xəttdən kənara çıxa bilərmi və bu qarşıdurma dünyaya, həmçinin Azərbaycana necə təsir edəcək? Ümumiyyətlə görünən odur ki, Trampın prezident seçilməsinə açıq şəkildə sevinən Rusiya siyasi elitası indi böyük xəyal qırıqlığı yaşayır. Putinin və ətrafının bu strateji məsələdə buraxdıqları səhvi nəylə əlaqaləndirmək olar və Klinton prezident olsaydı indiki durum fərqli ola bilərdimi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı siyasi şərhçi, politoloq Şahin Cəfərliyə müraciət edib. 



Şahin Cəfərli: “ABŞ-Rusiya gərginliyinin artması postsovet məkanında qərbyönlü siyasət yeridən və bu istiqamətdə strateji seçim etmiş Ukrayna, Gürcüstan kimi ölkələr üçün yeni imkanlar açır”.


Politoloq qeyd edib ki, əgər Moskva geri addım atarsa, o zaman anlaşma mümkün ola bilər. Hələ ki Putin mövqeyindən geri çəkilmək istəmir.

“Reks Tillersonun Moskva səfəri zamanı hər hansı anlaşmanın əldə olunacağı gözlənilmir. Hər hansı bir anlaşba olsa, bu çox böyük sürpriz olardı. Sadəcə olaraq, tərəflər bir daha mövqelərini dəqiqləşdirəcəklər və media önündə deyilməyən sözlər, mesajlar qarşılıqlı olaraq qapalı qapılar arxasında bir daha ifadə ediləcək. Tillersonun səfəri ilə bağlı qeyri-rəsmi xəbər yayılıb ki, Rusiya prezidenti Vladimir Putin Tillersonu qəbul etməyəcək. Əgər doğrudursa, bu, o deməkdir ki, Putin bu görüşdən müsbət heç nə gözləmir və qarşı tərəfin Rusiyanı məmnun etməyəcək məsələlər qaldıracağını bilir.  

Tillerson Moskvaya G7 ölkələri xarici işlər nazirlərinin İtaliyadakı görüşündən sonra gedəcək. Yəni, o, təkcə ABŞ-ın yox, bütün Qərb dünyasının (eləcə də onların Asiyadakı müttəfiqi Yaponiyanın) mövqeyini çatdıracaq. Qərb Rusiyadan hərbi cinayətlər törətmiş Əsəd rejiminə dəstək verməkdən və Suriyada İranla yaxın tərəfdaşlıqdan vaz keçməyi tələb edir. Əks halda, Qərbin Rusiya ilə bağlı siyasəti daha da sərtləşəcək. Artıq Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini gündəmə gətirib. Bu məsələ G7 toplantısında müzakirə ediləcək və vahid mövqe formalaşdırılaraq Tillerson tərəfindən Lavrova çatdırılacaq. 

Mən mövcud durumda Rusiya ilə ABŞ arasında hər hansı anlaşmanın əldə olunmasını gözləmirəm. Əgər Moskva geri addım atarsa, o zaman anlaşma mümkün ola bilər. Hələ ki Putin mövqeyindən geri çəkilmək istəmir. 

Şahin Cəfərli: “Azərbaycan iki böyük güc arasında balans siyasətinə sadiqdir və heç kimin tərəfini tutmur”.


ABŞ-ın Suriyaya etdiyi raket hücumundan sonra Rusiya Suriya səmasında insidentlərin qarşısının alınması haqda 2015-ci ildə ABŞ-la imzaladığı memorandumdan çıxdığını elan etdi. Bu addım iki ölkənin Suriyada toqquşması riskini artırır. Təsadüfi bir hadisə, bir qığılcım  iki ölkənin qarşı-qarşıya gəlməsinə səbəb ola bilər. Ən azı, nəzəri cəhətdən belə ehtimal mövcuddur. Amma mən praktik baxımdan bu ehtimalın yüksək olmadığını düşünürəm. Rusiya Suriyadakı bazalarına əlavə qüvvələr göndərə bilər, amma ABŞ-la birbaşa hərbi toqquşmanın baş verməsində maraqlı deyil. 

ABŞ-Rusiya gərginliyinin artması postsovet məkanında qərbyönlü siyasət yeridən və bu istiqamətdə strateji seçim etmiş Ukrayna, Gürcüstan kimi ölkələr üçün yeni imkanlar açır. Tramp seçildikdən sonra belə düşünənlər var idi ki, o, Ukrayna və Gürcüstanı “satacaq” və postsovet məkanını Rusiyanın nüfuz dairəsi kimi tanıyacaq. Artıq bəlli oldu ki, belə bir şey baş verməyəcək. Əksinə, ABŞ-ın Gürcüstanın NATO-ya üzvlük prosesinə daha çox dəstək verməsini və bu prosesin sürətlənməsini, Ukraynaya isə hərbi-siyasi dəstəyini daha da artırmasını gözləmək olar. Proseslərin Azərbaycana ciddi təsir edəcəyini gözləmirəm. Azərbaycan iki böyük güc arasında balans siyasətinə sadiqdir və heç kimin tərəfini tutmur.  

Trampın seçkiləri  qazanmasına Rusiyanın sevinməsinə gəlincə, demək olmaz ki, bu sevinc əsassız idi. Moskva Hillari Klintonun seçilməsini istəmirdi, düşünürdü ki, o, Rusiya ilə Obama dövründə pozulmuş münasibətləri yaxşılaşdırmaq üçün hər hansı addım atmayacaq, hətta Obama ilə müqayisədə daha sərt siyasət yeridəcək. Tramp isə ABŞ sisteminə yad adam idi və ənənəvi dövlət siyasətinə, oturuşmuş sistemə qarşı çıxırdı. Söhbət heç də Trampın Putin haqqında xoş sözlərindən getmir. Yəni, Rusiyanın Trampa müsbət münasibətinə bu amilin təsiri çox az idi. Moskva gözləyirdi ki, Tramp dövründə ABŞ-ın başı daxili məsələlərə qarışacaq və o, sosial-iqtisadi problemlərin həlinə, bu barədə verdiyi vədlərin gerçəkləşdirilməsinə daha çox vaxt ayıracaq. 

Şahin Cəfərli: “Putin ABŞ sisteminin gücünü düzgün qiymətləndirə bilmədi”.


Kremldə belə düşünürdülər ki, nəticədə beynəlxalq məsələlərə ABŞ-ın təsiri azalacaq, bu isə Rusiya üçün əlavə imkanlar açacaq. Eyni zamanda, şübhə yoxdur ki, seçki ərəfəsində Trampın komandasının bəzi üzvləri ilə Rusiya arasında intensiv təmaslar olub. (Hazırda ABŞ Federal Təhqiqatlar Bürosu bu məsələni araşdırır.) Böyük ehtimalla həmin görüşlərdə Trampın müşavirləri Rusiya tərəfinə müəyyən pozitiv siqnallar veriblər. Məsələn, sanksiyaların ləğvi məsələsində belə bir mesajın verildiyi güman olunur. Bütün bu səbəblərə görə, Moskva Klintonun deyil, məhz Donald Trampın qalib gəlməsini arzulayırdı. Trampın qələbə xəbərinin Moskvada sevinclə qarşılanması bununla əlaqədar idi. 

Lakin belə görünür ki, Putin ABŞ sisteminin gücünü düzgün qiymətləndirə bilməyib. Ötən müddətdə Tramp sistemlə qarşıdurmanın mənasızlığını anladı və sistemə uyğunlaşmaq yolunu seçdi. Bir daha məlum oldu ki, ABŞ ciddi şəkildə institutlaşmış, oturuşmuş dövlətdir və prezident nə qədər geniş səlahiyyətlərə malik olsa da, təkbaşına dövlətin ənənəvi xəttini dəyişə bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar