Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-İran münasibətlərinin gərginləşmə səbəbi...


“ABŞ-İran münasibətləri həmişə Vaşinqtonun Yaxın Şərq siyasətində bir indikator rolunu oynayıb”


Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. 

Ekspert vurğulayıb ki, Vaşinqton-Tehran münasibətlərinin gərginləşməsi Amerikanın Yaxın Şərq strategiyasında dönüş yaratmaq istəyindən xəbər verir:

ABŞ-İran münasibətləri həmişə Vaşinqtonun Yaxın Şərq siyasətində bir indikator rolunu oynayıb. Əgər ABŞ-İran münasibətləri gərginləşirdisə, Vaşinqton dərhal Yaxın Şərqdə qəti addımlar atırdı. Əks təqdirdə isə ABŞ Yaxın Şərq strategiyasında daha mülayim siyasət aparırdı. İndi isə vəziyyət xeyli dəyişib. Yəni Vaşinqtonun ötən illərdə apardığı siyasətlə barışmadığı ön plana çıxır. Obama hakimiyyətindən sonra Amerikanın Yaxın Şərq siyasətində böyük dəyişikliklər olacaq. 

ABŞ məhz köhnə müttəfiqlərindən istifadə edərək bu siyasəti həyata keçirəcək. Həmin müttəfiqlər isə sözsüz ki, İsrail, Ərəbistan və digər körfəz ölkələridir, hansı ki, İranla münasibətləri həmişə gərgin olub. Sözügedən ölkələrin bəziləri artıq Amerikaya hər vəchlə kömək göstərməyə hazır olduqlarını bəyan ediblər. İsrail ABŞ-ın bu siyasətini birmənalı dəstəkləyir. Fikir verin, son aylar İsrail-ABŞ münasibətləri pisləşmişdi, Netanyahu açıq şəkildə İranla barış siyasətinə görə Amerika rəhbərliyini ittiham edirdi, bunun İsrailin maraqlarına zərbə olduğunu bildirirdi. İsrail hazırda faktiki olaraq ritorikasını dəyişib”.

Politoloq Amerikanın İrana qarşı olan bu cür sərt siyasətinin çox böyük fəsadlara gətirib çıxara biləcəyini deyib:

“Bu, ilk növbədə nüvə proqramı ilə bağlı imzalanmış sazişə yenidən baxılmasına, Tehrana qarşı sanksiyaların tətbiq olunmasına yol aça bilər ki, bu da regionda vəziyyəti daha da mürəkkəbləşdirəcək. Belə bir vəziyyət isə İranla sıx əlaqələri olan dövlətlərə də mənfi təsir göstərəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar