Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-İran münaqişəsində Azərbaycanın rolu...


PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısın təqdim edir


ABŞ-ın İranla nüvə sazişindən çıxmaq qərarı, bu ölkənin regional siyasətindən irəli gəlirdi və zərurətə çevrilmişdi . Çünki İran, İraqda, Suriyada, Livanda, Fələstində və Yəməndə güclənərək, Vaşinqtonun regional siyasətinə və müttəfiqlərinə  qarşı siyasət formalaşdırırdı. 

Həmçinin ABŞ-ın müttəfiqi İsrail və Səudiyyə Ərəbistanının təhlükəsizliyini təhdid edirdi. Ona görədə hakmiyyətə gələn Respublikaçılar partiyasının namizədi Tramp  ilk növbədə İranın iqtisadi imkanlarının qarşısını almaq üçün nüvə sazişini ləğv etməli idi. Bu, Trampın özü tərəfindən verilən qərar deyil. Nüvə sazişi Obamanın və komandasının Yaxın Şərq siyasətində buraxdığı səhvlərdən biri idi. 

ABŞ nüvə sazişindən çıxaraq İrana tətbiq edəcəyi  sanksiyalar, bu ölkənin siyasi-hərbi imkanlarını zəiflədəcək. Tehranın  Hizbullah, Husilər kimi hərbi birləşmələrinə dəstəyi azalacaq. 

Fikir versək görərik ki, İranın teojratik rejimi 2015-ci ildən bəri xeyli  iqtisadi imkanlarını genişləndirib və əldə olunan vəsaitlər yalnız xarici münaqişələrə və  hərbi birləşmələrin saxlanmasına  sərf edilib. Qeyd edim ki, Yəməndə Husilərin hakmiyyətə gəlişi, əldə etdikləri ballistik raketlər,  Hizbullahın və Həmasın atdığı raketlər İranın neft satışından əldə etdikəri pullarla ərsəyə gəlib.

Ona görədə nüvə sazişinin ABŞ tərəfindən pozulması, rəsmi Tehranın imkanlarını zəiflədəcək. 

Azərbaycan üçün zəif İran təhlükəsizliyimizə cavab verir. Ona görə ki, İran son aylarda Xəzər dənizində öz hərbi fəaliyyətini genişləndirir və yeni raketlərlə təchiz olunmuş müasir hərbi donanma yaradır. Tehranın Xəzər dənizində hərbi donanmasını inkişaf etdirməsi, bir başa Azərbaycanın Xəzərdə maraqlarına qarşı yönəlirdi. Qeyd edim ki, bu sanksiyaların tətbiq edilməsi ilə İrananın Xəzərdə hərbi imkanları zəifləyə bilər. Düzdür, Tehranla ölkəmiz arasında son illərdə iqtisadi əlaqələr inkişaf edir. İranın Ermənistanla birgə bəzi lahiyələrdən çəkindirə bilmişik. Hazırda ölkəmizlə İran arasında  birgə şirkətlər fəaliyyət göstərir və "Şimal-Cənub" nəqliyyat dəhlizi iki ölkənin bundan sonrakı iqtisadi inteqrasiyasında mühüm rol oynayacaq geosiyasi lahiyədir. İran prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri, verilən bəyanatlar, imzalanan müqavilələr gələcək perspektiv üçün əlavə imkanlar yaradırdı. Amma, İran ambissiyalı ölkədir və Ermınistanın işğalçı siyasətinə qarşı əməli siyasət ortaya qoymur. Xəzərdə ərazi idfiası irəli sürür. 

ABŞ-ın sanksiyaları İranla ölkəmiz arasında iqtisadi əlaqələrə təsirsiz ötüşməyə bilməz. Bura bank əməliyyatları, enerji və birgə müəssisələr sahəsi daxildir.

Azərbaycan çalışmalıdır ki, İranla əlaqləri qoruyub saxlasın. Rəsmi Tehrandan ölkəmizə qarşı İsrailə görə iddihamlar səslənə bilər. Rəsmi Bakı,  Tehranın bu iddihamlarına qarşı öz kəskin arqumentlərini ortaya qoymalıdır. İranın bu kimi əsassız iddialarına cavab vermək üçün hazır olmalıdır.
Azərbaycan İran tərəfi ilə razılaşmaları davam etdirməli, bundan sonra İranın Azərbaycana möhtacı olacaq. Bizdə İrandan Qarabağla bağlı qəti mövqe ortaya qoymasını tələb etməliyik. Siyasi fürsətlər, regionlar şərtlərdən irəli gəlir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar