Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

ABŞ, Böyük Britaniya və Fransa Suriyaya 100-dən çox raket atdılar - Video


ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriyadakı hədəflərə zərbələr endiriblər


Bunu cümə günü axşam Pentaqonda keçirilən brifinqdə Birləşmiş Ştatların Qərargah Rəisləri Komitəsinin sədri general Jozef Danford deyib.

"ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Şərq sahili vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə 05:00 – red.) bundan sonra kimyəvi silah tətbiqinə yol verməmək üçün Suriyadakı hədəflərə zərbələr endiriblər. Bizim qüvvələr planlaşdırma və icra mərhələsinə inteqrasiya olunmuşdular. Zərbələrin endirildiyi hədəflər Suriya rejiminin bilavasitə kimyəvi proqramları ilə əlaqəlidir. Biz hədəfləri mülki əhali üçün risklərin minimuma endirilməsi nəzərə alınaraq seçmişik", - deyə o bildirib.

Danfordun sözlərinə görə, ilk hədəf Dəməşq ərazisində yerləşən elmi-tədqiqat mərkəzi olub.

"Bu obyekt kimyəvi və bioloji texnologiyaların işlənməsi, tədqiqi və istehsalı üçün mərkəz rolunu oynayıb. İkinci hədəf Homsun qərbində kimyəvi maddələrin saxlandığı obyekt olub", - deyə general əlavə edib.

Danford hazırda Suriyada aviazərbə dalğasının başa çatdığını bildirib. 

Rusiyanın Müdafiə Nazirliyi isə bildirib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib: “ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıblar”.

pia.az
Etiket:
loading...