Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABB-nin borcları Azərbaycan iqtisadiyyatı üçün təhlükə yaradırmı?


Azər Mehtiyev: “Azərbaycan Beynəlxalq Bankının borcları artıq Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlər yaradıb”


Azərbaycan Beynəlxalq Bankının dövlət bankı olması, dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə etməsi və nəzarətin də kifayət qədər olmaması ona gətirib çıxardı ki, əsaslandırılmamış kreditlərin verilməsi nəticəsində bankın kreditləri şişdi”.


Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev London məhkəməsinin Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı qərarı PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi London məhkəməsi, New York məhkəməsinin ardınca Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarının restrukturlaşdırma müddətində onun kreditorlarını, bankın aktivlərinə məhkəmə iddiası qaldırmaq imkanından məhrum edib. Başqa sözlərlə məhkəmə Azərbaycanın borclarını qaytarmaq üçün təşkilati işlər apardığı dövrdə onun mülkiyyət və aktivlərinin borcun ödənməsi nəfinə satışa çıxarılmasının qadağanına dair vəsatətini təmin edib. ABB-də pis aktivlərin həcminin böyük olması nəticəsində mürəkkəb maliyyə vəziyyətinin yaşanması sirr olmasa da, mayın 11-də Azərbaycanın ən iri bankının defolt elan edilməsi çoxları üçün gözlənilməz olub. Bir söznən ABB batan gəmilərə xas olan bütün siqnalları verirdi, amma investorlar o vaxt ayıldılar ki, Azərbaycan höküməti 80 faizi dövlətə məxsus bankın kreditləri üzrə ödənişlər üçün qarant olmaqdan imtina etdi. İndi investorlar iyul ayınadək, ABB borclarının restrukturizasiyasına dair Azərbaycan hökumətinin irəli sürdüyü təklifləri öyrənməli olacaqlar.

Bəs Beynəlxalq bankla bağlı qalmaqallar ölkənin maliyyə bazarına necə təsir edir və ABB-nin borcları Azərbaycan iqtisadiyyatı üçün təhlükə yaradırmı?   

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Azər Mehtiyevə müraciət edib.



Azər Mehtiyev: “İlk dəfədir ki, Azərbaycan ciddi bir inhisarçılığın yaratdığı böhranla üzbəüzdür”.


Ekspert qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankının New Yorkda atdığı addım bir kommersiya bankının atdığı addım deyil. Bu dövlətin öz öhdəliklərindən imtina etməsi kimi bir addımdır:

Azərbaycan Beynəlxalq Bankının borcları artıq Azərbaycan iqtisadiyyatı üçün ciddi problemlər yaradıb. Əslinə qalsa, ilk dəfədir ki, Azərbaycan ciddi bir inhisarçılığın yaratdığı böhranla üzbəüzdür. Biz uzun illərdir deyirik ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycan kredit, bank sektorunda çox yüksək paya və inhisarçı mövqeyə malikdir. Azərbaycan Beynəlxalq Bankının dövlət bankı olması, dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə etməsi və nəzarətin də kifayət qədər olmaması ona gətirib çıxardı ki, əsaslandırılmamış kreditlərin verilməsi nəticəsində bankın kreditləri şişdi. 

İndi məsələ ondan ibarətdir ki, Azərbaycan Beynəlxalq Bankının göstərdiyi iqtisadi artım da başa düşülən deyil. Əslində Azərbaycan Beynəlxalq Bankı özəl bank olsaydı və dövlət bu özəl bankın risklərin öz üzərinə götürmüş olsaydı bunu anlamaq olardı. Amma Azərbaycan Beynəlxalq Bankının xarici öhdəlikləri bilavasitə dövlətin götürdüyü öhdəlik hesab olunur. Çünki bu bank dövlət bakıdır. Belə bir vəziyyətdə artıq Azərbaycan Beynəlxalq Bankının New Yorkda atdığı addım bir kommersiya bankının atdığı addım deyil. Bu dövlətin öz öhdəliklərindən imtina etməsi kimi bir addımdır. Əslində bu addımdan sonra Azərbaycan hökümətinə investrların bir etimadsızlığı formalaşmışdır. 

Bu baxımdan da London məhkəməsinin qərarını başa düşmək olar. Çünki investorlar o kreditləri hər hansı bir kommersiya bankına deyil, dövlət bankına verib. Buna görə də borclara görə dövlət öhtəlik daşıyır. Bu halda da restrukturizasiyadan söhbət belə gedə bilməz. Onu da qeyd edim ki, təbii ki, Azərbaycan Beynəlxalq Bankının borcları və işi Azərbaycan hökümətinə və Azərbaycan iqtisadiyyatına gətirəcəyi böhran hallarının davam edəcəyini göstərir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar