Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AAAF Park Gülənçilərin beyin mərkəzinə çevrilib - II yazı


Tofiq Heydərovun yaxınları ilə Rəşad Əliyevin arasındakı qarşıdurmanın səbəbi nədir?


Şirkət rəhbərliyi kimin gözlərindən pərdə asır; Rəşad Əliyev mətbuatı susdurmaqla şikayətçiləri eşitməməzlikdən gəlməyə çalışır; Tofiq Heydərov böyük iş adamına necə çevrilib; Rəşad Əliyev Tofiq Heydərov üçün niyə əvəz olunmazdır; hər il Pensililvaniyaya nə qədər «himmət» pulu yollanılır...

Son zamanlar AAAF Parkda mənzil alanların tikinti işlərinin yubanması ilə bağlı ciddi narazılıqları ortaya çıxıb. Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, narazılar dövlət orqanlarına şikayətlər ünvanlayırlar.

Qeyd edək ki, təqribən bir həftə əvvəl Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərtac”da yazdığı məqalədə mənzil bazarındakı dələduz şirkətlərin içində içində AAAF Park-ın daolması barədə mətbuatda yazı dərcolunmuşdu. Həmin məlumatda bildirilirdi ki, AAAF Parkın taleyi bir müddət əvvəl ləğv olunan və rəhbərliyi həbs olunan «Sevil» Massivinin taleyi eyni ola bilər.



AAAF Park öz müştərilərini niyə narazı salıb?

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, son bir ildə AAAF Park ətrafında radikal dini qruplaşmalarla əlaqələr barədə mətbuatda gedən yazılardan sonra AAAF Park-ın daxilində aparılan bir çox tikintilər yarımçıq saxlanılıb. Şirkətin rəhbərliyi AAAF Park-ın içində aparılan tikintiləri dayandırıb və mənzillərin pullarını qabaqcadan ödəyən vətəndaşlarını pullarını əsasən yol kənarında olan və daha bahılı tikintilərə yönləndirib. Mənbə bildirir ki, bunda məqsəd Tofiq Heydərovun  imicini təmizləmək cəhdidir. Yol kənarlarında tikinti işləri ilə yanaşı abadlıq işləri də aparan şirkət hakimiyyət qurumlarında bu yolla müsbət imic yaratmağa çalışır. Faktiki olaraq isə vətəndaşların pulları təyinatından kənar və bir çox hallarda isə abadlıq işlərinə sərf olunur. Bu da AAAF Park-a mənzil almaq məqsədi ilə pul yatıran vətəndaşların ciddi narazılığına səbəb olur. Bu üzdən də vətəndaşlar Prezident Adminstrasiyasına və müxtəlif dövlət qurumlarına, mətbuata  şikayətlər ünvanlayırlar.

Şirkət rəhbərliyi mətbuatı susdurmağa çalışır

Mənbə bildirir ki, AAAF Park-ın rəhbərliyi şikayətçilərin haqlı tələbini nəzərə almaq əvəzinə mətbuatı susdurmağa çalışır. Ariıq bir çox mətbu orqanlarla da razılıq əldə olunub. Buna baxmayaraq şirkətə qarşı dövlət qurumlarına edilən şikayətlərin sayı artmaqdır. Mənbə qeyd edir ki, bir çoxları elə güman edir ki, Tofiq Heydərovun mətbuatla əlaqələrini Hacı Zülfüqar kurasiya edir. Amma bu belə deyil. Tofiq Heydərovun mətbuatla anlaşmalarını «sağ əli və qara qutusu», “Zirvə İdman Kompleksi” MMC-nin direktor müavini Rəşad Əliyev həyata keçirir. O bu işdə bir çoxlarından istifadə edir və razılaşmalar bir qayda olaraq vasitəçilərin əliylə əldə olunur. Təbii ki, burada Rəşad Әliyevin Tofiq Heydərovun bilmədiyi ciddi maraqları da var. 

Tofiq Heydərov üçün əvəzolunmaz Rəşad Əliyev



 Mənbə bildirir ki, Rəşad Əliyev Tofiq Heydərov üçün əvəzolunmaz şəxs hesab olunur. Hətta bu yaxınlarda Tofiq Heydərovun ən yaxın ətrafına bir mübahisə çərçivəsində, «Qardaşımı qurban verərəm, Rəşadı qurban vermərəm», söylədiyi iddia olunur. Bu mübahisəinin isə Tofiq Heydərovla yaxın qohumları arasında Rəşad Əliyevin yaratdığı ciddi bir «çp»-dən sonra yarandığı bildirilir. Belə ki, mənbənin bildirdiyinə görə həmin «çp»-yə görə normalda Rəşad Əliyev işdən qovulmalı olduğu halda, Tofiq Heydərov həmin «çp»-dən xəbərdar olan mühafizəçiləri işdən qovub. Bu isə onun ən yaxın ətrafının üsyanına səbəb olub. Amma heç kim Tofiq Heydərovu öz fikirindən döndərə bilməyib. Qüsurlu olan deyil, qüsurun şahidləri qovulub. 

Qeyd olunur ki, Tofiq Heydərovun yaxınları ilə Rəşad Əliyevin arasında ciddi qarşıdurma mövcuddur və bu qarşıdurmanı yaradan əsas səbələrdən biri Tofiq Heydərovun yaxın qohumlarına nisbətən Rəşad Əliyevin həddindən artıq maaş almasıdır ki, bu da Tofiq Heydərovun yaxın ətrafını qıcıqlandırır. Mənbə bildirir ki, normal işçilər ortalama 300 manat, Tofiq Heydərovun qohumları 500-800 manat maaş aldıqları halda, Rəşad Əliyev 8000 manat maş alır. Bu da Tofiq Heydərovun ətrafında ciddi narazılıq yaradır və onlar Rəşad Əliyevin AAAF Park-dan qovulması üçün əllərindən gələn hər şeyi edirlər. Buna baxmayaraq Rəşad Əliyev Tofiq Heydərov üçün əvəzolunmaz şəxs olaraq qalır və bu da şirkət rəhbərinin yaxın ətrafında anlaşılmazlıqla qarşılanır.

Tofiq Heydərov nurçuların qucağına necə düşüb?

Mənbə bildirir ki, Tofiq Heydərov nurçuların «krışası» altına «Azpetrol» şirkətinin keçmiş prezidenti, sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin həbsindən sonra düşüb. Belə ki, məlumata əsasən 2000-ci illərin əvvəllərində Tofiq Heydərov «maklerlik» edir, bəzən də Bakının kənarında 1-2 sot torpaq sahəsi içində 2-3 otaqlı ev tikib satırdı. Elə həmin ərəfələrdə Tofiq Heydərov Rafiq Əliyevlə tanış olur və bundan sonra onun ulduzu parlayır. Rafiq Əliyev öz həmyerlisini böyük «iş adamına» çevirir. Rafiq Əliyev Tofiq Heydərovu Bakıda böyük tikinti bosslarından birinə çevirməklə yanaşı, Moldaviyda da onun adına biznes strukturları yaradır. 

Rafiq Əliyev və qardaşı Fərhad Əliyev həbs olunduqdan sonra Əliev qardaşlarının Moldaviyadakı biznesi tamamilə Tofiq Heydərovun nəzarətinə keçir. Mənbə ədalət naminə bildirir ki, xaraktercə xəyanətkar insan olmayan Tofiq Heydərov Əliyev qardaşları həbsdə olduqları zamanı onların «əmanətlərinə xəyanət» etmir. Elə həbsdən çıxdıqdan sonra Əliyev qardaşlarının Tofiq Heydərova qarşı heç bir iddia irəli sürməmələri də bunu sübut edir.



Mənbənin bildirdiyinə görə Rafiq Əliyev həbs olunduqdan sonra Tofiq Heydərovun biznesi ciddi təhlükə altına girib. Təhlükə 2006-07-ci illərdə o qədər böyük olub ki, hətta Tofiq Heydərov bir müddət hər şeyi buraxıb Moldaviyaya getməyi və bir dəfəlik orda qalmağı planlaşdırıb. Elə bu zaman Elnur Aslanov ortaya çıxıb və Tofiq Heydərova daha böyük və «rədd olunması imkansız olan» təklif verib. Bundan sonra isə Tofiq Heydərovun «batan günəşi» yenidən «parlayıb». Elnur Aslanovla «anlaşmadan» karlı çıxan Tofiq Heydərov isə AAAF Park kimi möhtəşəm bir layihəninin reallaşmasında əsas simaya çevrilib. Onun yanına nəzarətçi olaraq isə Fətullah Güləninin sınanmış müridlərindən biri olan Rəşad Əliyev təyin olunub.

Tofiq Heydərov hər il Pensilvaniyaya «xərac» yollayır

Mənbə bildirir ki, uzun illərdir ki, Fətullah Gülən camaatına aid olan çirkli pulların bir hissəsi məhz AAAF Park-da yuyulub və hazırda da bu prosses davam edir. 

Azərbaycanda fəaliyyət gösətərən bir çox nurçu biznes strukturları ildə bir dəfə Pensilvaniyaya yüklü miqdarda «xərac» gönlərirlər. Həmin xərac nurçular arasında «himmət» adlanır. «Himmət» hər ilin dekabr ayında toplanır və yanvar ayında Pensilvaniyaya çatdırılır. Mənbə bildirir ki, AAAF Park da digər nurçu biznes strukturları kimi hər ilin dekabrın sonunda «himmət» pulu olaraq 500 min manat ayırır. Həmin pulun Rəşad Əliyev tərəfindən «ölkə imamı»na çatdırıldığı iddia olunur.



Həmçinin mənbə bildirir ki, Tofiq Heydərov AAAF Park-da gülənçilərin aparıcı kadrlarına onlarla villa bağışlayıb. Villa bağışlanan şəxslər arasında Əhməd Sanıcında olduğu qeyd olunur.

Yazıda adı keçən hər kəsin və hər bir qurumun mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar