Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

96 nəfər qrin-kart almaq məqsədilə saxta nikah bağlamaqda ittiham olunur

ABŞ-ın Texas ştatının hüquq-mühafizə orqanları Vyetnam vətəndaşlarının Birləşmiş Ştatlarda yaşamaq hüququ verən qrin-kart alması məqsədilə saxta nikah fırıldağında iştirak edən 96 nəfərə qarşı federal ittiham irəli sürüb

Hakimiyyət orqanları əsas dələduz, Hyuston sakini Eşli Yen Nquyenlə ümumilikdə Texas və Vyetnam üzrə bir neçə nəfərin əməkdaşlıq etdiyini təsdiqləyirlər. ABŞ-ın Miqrasiya və gömrük qanunvericiliyinə əməl olunmasına nəzarət bürosunun nümayəndələri hesab edirlər ki, son 6 il ərzində Nquyen 150-dən çox saxta nikah təşkil edib.

Büronun press-relizində bildirilir ki, hər “benefisiar-cütlük” Birləşmiş Ştatların tam daimi sakini statusuna görə Nquyenə 50-70 min ABŞ dolları verib. Nquyenlə fərdi razılaşmadan asılı olaraq, “benefisiarlar” onların əldə etdikləri hər mənfəətə görə müxtəlif məbləğdə pul ödəyirdilər. ABŞ-a giriş üçün, ölkənin şərti daimi sakini statusunu alan bəziləri Ştatların tam daimi sakini statusunu alanlardan daha az ödəniş edirdilər.

Miqrasiya xidmətinin nümayəndələri qeyd edirlər ki, fırıldaqçılığın həqiqətə uyğun olmasından ötrü təşkilatçılar “bəylə gəlinin” fotoşəkillərindən ibarət saxta toy albomlarını hazırlayır, həmçinin ABŞ-ın vətəndaşlıq və miqrasiya xidmətləri məsələləri üzrə büroya vergilər, kommunal xidmətlər və işçi statusu barədə saxta bəyannamələr haqqında məlumatlar göndərirdilər(azərtac).

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar