Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

95 heyvan virusa yoluxub, 300 heyvan müalicə edilib


“Hazırda “Nodulyar dermatit” virus xəstəliyi ilə bağlı 95 baş heyvan müalicə altındadır


 Xəstə heyvanlar tam müalicə edildikdən sonra təsərrüfatlara daxil edilir.  Bu vaxta qədər 300-dən çox heyvan tam  tam sağalıb.Bu virusla bağlı ölüm halı qeydə alınmayıb, virusun gedişatı tam nəzarətdədir”. Bunu Publika.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
 
 Y.Xanvəli onu da bildirib ki, aparılan monitorinqlər zamanı xəstəliklə bağlı artım müşahidə edilmədiyi müəyyən edilib:
 
“Bölgələr tam nəzarətdədir. Yalnız Cəlilabad rayonunun Alar kəndində virusa yoluxmuş heyvanların sayı digər rayonlara nisbətən çoxdur. Lakin hələ ki, virus Cəlilabad, Ağdaş, UcarBiləsuvarda yayılıb”.
 
Y.Xanvəlinin sözlərinə görə, virusun müalicəsi  ilkin yardım olaraq mütəxəssislər tərəfindən dövlət hesabına həyata keçirilir. Ehtiyac olarsa, heyvan sahibləri əlavə dərmanları ala bilərlər.
 
Virusa yoluxmuş heyvanların rayonlardan çıxarılmasına gəldikdə, Y.Xanvəli deyib ki, xəstəlik qeydə alınan kəndlərdən digər kəndlərə diri heyvan aparılmaması üçün karantin rejimi tətbiq edilib.
 
“Xəstəlik qeydə alınan  təsərrüfatlarda dzinfeksiksiya tədbirləri görülüb. Heyvanlarında bu xəstəliyin əlamətlərini müşahidə edənlər müraciət edir. Mütəxəssislərimiz yerindəcə baxış keçirir, xəstəlik aşkarlandığı halda müvafiq tədbirlər görülür. Xəstəlik qeydə alınan kəndlərdə karantin rejimi tətbiq edildiyinə görə, onların ətindən Bakı və digər rayonlara gətirilməsi faktı qeydə alınmayıb”.
 
Xatırladaq ki, “Nodulyar dermatit” xəstəliyi İran, Türkiyə və İraqda yayılıb. Qansoran həşəratlar vasitəsilə yayılan virus qısa zamanda heyvanlar arasında sürətlə yayılır. Virus heyvanın südvermə qabiliyyətinə təsir edir.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar