Şənbə, 26 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

9 yaşlı övladını zəncirləyən anaya cinayət işi açıldı

Ötən gün qeydə alınan hadisə təbii ki, çoxlarını sarsıtdı

Valideyni söyən də oldu, o ananın ümumiyyətlə övladından məhrum edilməli olduğunu deyən də. Əlbəttə, məsələyə hər kəsin fərdi baxış tərzi var.

PİA,AZ ARB TV-yə istinadən bildirir ki, psixoloqlara görə, bu kimi hallarda ilk növbədə valideynin psixoloji durumu yoxlanılmalıdır.

Vəfa Əkbər - psixoloq: "Burada birbaşa olaraq valideynin problemi var. Birinci valideyn müayinə olmalıdır. Belə himayəçilər, insanlar mütləq şəkildə psixoloji konsultasiyadan keçməlidir".

Dünyanın bir sıra ölkələrində valideyni tərəfindən şiddət görən uşaq ondan ailəsindən alınaraq sosial sığınacağa yerləşdirilir. Və valideynə o halda qaytarılır ki, onun psixoloji vəziyyəti, uşağa baxmaq imkanları və digər tələblər qənaətbəxş olsun. Bizdə isə vəziyyət fərqlidir. "Azərbaycan uşaqları ictimai birliyinin" sədri Kəmalə Ağazadə deyir ki, bizdə əksər hallarda uşağı valideynə qaytarmaq ehtimalı az olur. Bunun səbəbinə gəlincə...

Kəmalə Ağazadə - Azərbaycan uşaqları ictimai birliyinin sədri: "Ailə, valideynlərlə proflaktik söhbətlər aparılır, iş aparılır, onlara xəbərdarlıq edilir. Bu konkret fakt cinayətdir. Əgər uşağa psixoloji təzyiq göstərilirsə onda valideynlər psixoloqa yönəldilir və valideyn hazır olduqda uşaq qaytarılır, amma bu hadisədə uşağın qaytarılması yalnışdır".

Sakin: "Bizim də qurumlar alırlar təhvil verirlər. Bəli, mən onun tam tərəfdarıyam".

Sakin: "Deməli onun valideynin özü normal deyil, xəstədir. Ona görə də belə bir yeni cəmiyyət formalaşdırmaq lazımdır, ailələrdən o uşağı almaq".

Rahil Süleymanzadə - AQUPÜDK-nın təminat şöbəsinin baş məsləhətçisi: "Ana valideynlik hüququndan məhrum ola bilər və uşğı daimi olaraq dövlət öz himayəsinə götürür".

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyir ki, ictimai təhlükəsizliyin qorunması hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir.

Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Biz hər birimiz polisin fəaliyyətinin genişlənməsinə fayda verməklə yanaşı, eyni zamanda sosial-neqativ halların polisə məlumatlandırılması ilə bağlı üzərimizə düşən vətəndaşlıq mövqeyini nümayiş etdirməliyik".

Qeyd edək ki, işə gedərkən 9 yaşlı övladını pəncərənin dəmir barmaqlığına zəncirləyən ana barəsində cinayət işi açılıb. Uşaq isə sosial sığınacağa təhvil verilib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı - Fotofakt

İlham Məmmədovun övladlarının avtomobil kolleksiyası üzə çıxdı: “Mercedes”, “Range Rover” - 300 - 800

“Sədərək Yusif”-in yolu dəmir barmaqlıqlardan keçə bilər: Üç maddə ilə cinayət işi açıldı

BDU-nun keçmiş “qara kassa”sı Məzahir Sultanov və bir gecəyə milyarder olan qudasının biznes şəbəkələri

Sahil Babayev Siyavuş Novruzovun qardaşını vəzifəsindən azad etdi

Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - Video

Bura 1-2 milyon xərcləmişəm nə puldur ki? - Dəbdəbəli sarayın sahibi

Varlı ailədə qətl: Rəna Sofiyeva ərini necə öldürüb? - Təfərrüatlar (Yenilənib)

"Qoymayın bu ölkədə dürüst adam qalsın, ləkələyin…" - İlqar Məmmədov

loading...

Ən çox oxunanalar