Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 ton plov hazırlandı

Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçirilib


Tədbirə bir sıra ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri, “Ginnesin Rekordlar Kitabı”nın nümayəndələri, səfirlər, yerli və xarici jurnalistlər qatılıb.

PİA,AZ AzərTac-a istinadən xəbər verir ki, festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edib.

Tədbir çərçivəsində tətbiqi sənət və qastronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları olub və digər xalq oyunları, “Uzbegim” kitabının təqdimatı keçirilib.

“Ginnesin Rekordlar Kitabı”na düşmək üçün 4,2 metr diametri olan qazanda hazırlanan plov dünyada ən böyük plov olacaq. Səkkiz tonluq plovun hazırlanmasında Özbəkistanın hər yerindən 50 aşpaz iştirak edib.

Təşkilatçıların məlumatına görə, plovun hazırlanmasına 1500 kiloqram qoyun, 450 kiloqram mal əti, 400 kiloqram bitki yağı, 200 kiloqram quyruq yağı, 1900 kiloqram düyü, 270 kiloqram kök, 220 kiloqram soğan, 57 kiloqram duz, 350 litr su, həmçinin müxtəlif ədviyyatlar işlənib.

Xatırladırıq ki, xüsusi olaraq Özbəkistanda hazırlanan böyük qazanın diametri 4,2 metr, ağırlığı 7070 kiloqram, dərinliyi 1,5 metrdir.

“Ginnesin Rekordlar Kitabı”nın nümayəndəsi Steninq Riçard jurnalistlərə bildirib ki, özbək milli yeməkləri dünyada yüksək qiymətləndirilir. Yeməklərlə bağlı Rekordlar Kitabına düşmək üçün ərzağın çəkisi dörd tondan artıq olmalıdır. Bu gün isə səkkiz ton ağırlığında plov hazırlandı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar