Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

8 mart – Soyuq müharibənin və kommunistlərin bayramı?


8 Mart Beynəlxalq Qadınlar Günü dünyanın yüzdən artıq ölkəsində bayram edilsə də, ABŞ-da və eləcə də Britaniyada bir çoxları bu bayram barədə yayğın təsəvvürə malikdirlər


Rusiyanın dövlət telekanallarının xəbərlərindən belə başa düşmək olar ki, Moskva, bir neçə başqa kiçik solçu qruplarla yanaşı bu bayramı Amerikada “məskunlaşdırmağa” çalışır.

Rossia 24 telekanalının məlumatına görə “amerikalı ruslar” artıq martın 7-dən Nyu York küçələrində qadınlara gül-çiçək dəstələri bağışlamağa, eyni zamanda müəyyən “izahat işi” aparmağa başlamışdılar.

Bir dəfə Amerikada...

History.com saytı yazır ki, bütün bunlara baxmayaraq Beynəlxalq Qadınlar Günü barədə ziddiyyətlər onun elə lap təməlindən başlanır.

Ümumi inama görə bu bayram ilk dəfə 1907-ci ildə Nyu Yorkda, “toxuculuq sənayesinin zülm altında olan qadın əməkçilərinin” 1857-ci il etirazlarının 50 illiyi şəklində qeyd olunub. Bu da deyilir ki, həmin etirazlar polis tərəfindən qəddarlıqla dağıdılıb.

Amerika tarixçisi Temma Kaplanın yazdığına görə problem burasındadır ki, nə “qəddarlıqla yatırılan etirazlar”, nə də “50 illik” məsələsi əslində olmayıb.

Tarixçi yazır ki, ilk Milli Qadın Günü Nyu Yorkda, 1909-cu ilin 28 fevralında keçirilib. Bu bazar günü idi və minlərlə insan şəhərdə qadın bərabərliyi və sosialist şüarları ilə keçirilən müxtəlif tədbirlərə qatılmışdılar.

Lakin “The İndependent” qəzeti eyni hadisədən yazarkən qeyd edir ki, İşçi Qadın Günü ilk dəfə Nyu Yorkda, 1909-cu il, fevralın 28-də keçirilib. Bu tədbir 1908-ci ildə Beynəlxalq Qadın Geyimləri İttifaqının tətilinin bir illiyinə həsr olunmuş və bu yürüşdə 15 min işçi iştirak etmişdi.

Bu sənədləşdirilmiş məlumatlara baxmayaraq Fransanın kommunist dairələri “1857” və “məzlum toxucular” barədə əfsanəni dövriyyə etdirirdilər.

Qadın azadlıqları kampaniyaçılarından fransızlar Lilian Kandel və Fransuaza Pikbelə bir mülahizə yürüdürlər ki, ola bilsin “Amerika və 1857-ci il” söhbəti Beynəlxalq Qadın Gününün sovet mənşəyini pərdələmək və onu daha çox “beynəlxalqlaşdırmaq” üçün toqquşdurulub. Yəni bayram bolşevizimdən daha qədimdir və onu Kominterndə icad etməyiblər və sair.

Lakin 1980-ci illərdə geniş yayılmış nəzəriyyəyə görə bu bayram Soyuq müharibə aləti kimi kütlələri hərəkətə gətirmək üçün sosialist qruplar tərəfindən 1950-ci illərdə “icad edilib”.

Amma Amerikadan fərqli olaraq “qadın günü” ideyası Avropada ayaq tuta bilib. 19 mart 1911-ci ildə Parisdə ilk “qadın günü” keçirilib. Bu, əslində 1871-ci ildə ikicə ay hakimiyyətdə olmuş Paris kommunasının 40-cı ildönümünə həsr edilmiş yürüş idi. Həmin gün dünya boyunca 1 milyon insan yürüşlərdə iştirak etmişdi.

Lenin, Kollonta, Tsetkin...

Amma yenə də “The İndependent” yazır ki, “ilk müasir Qadınlar Günü 1914-cü ildə keçirilib”.

Daha sonra 1917-ci ilin 23 fevralında Rusiyada feminist Aleksandra Kollontay kütləvi nümayiş təşkil etmişdi. Rusiya Qreqorian təqviminə görə fevralın 23-ü, əslində martın 8 idi. Bundan az sonra Rusiyada çar devrilmiş və Vladimir Lenin 8 martı rəsmi dövlət bayramı elan etmişdi.

Digər tərəfdən hələ 1910-cu ilin avqustunda Kopenhagendə keçirilən İkinci İnternasionaldan əvvəl elə həmin şəhərdə Beynəlxalq Qadınlar Konfransı yer almışdı.

Qismən Amerika sosialistləri, Almaniya siyasətçisi Luise Zietz-in və kommunist Klara Tsetkinin təşəbbüsü ilə ildə bir dəfə qadınlar bayramının keçirilməsi təklif olunmuşdu. Hələlik ortalıqda 8 mart söhbəti yox idi.

Bundan bir il sonra, 1911-ci ilin 19 martında qeyd olunan Beynəlxalq Qadınlar Günündəilk dəfə olaraq Avstriya, Danimarka, Almaniya və İsveçrədə yürüşlər keçirilmişdi.

Tarixən qadınların başçılığı ilə bir sıra tətillər və etiraz yürüşləri keçirilsə də 1914-cü ilədək bu tədbirlərin heç biri martın 8-ə təsadüf etməmişdi.

Yalnız 1914-cü ildə qadınlar günü martın 8-də qeyd olunmuşdu. Ola bilər ki, bu, həmin günün bazar gününə düşməsi ilə bağlı idi.

Beynəlxalqlaşma

İkinci dünya müharibəsindən 1970-ci illərədək bu, kommunistlərin bayramı sayılırdı və əsasən SSRİ-nin satellitləri olan sosialist bloku ölkələrində qeyd olunurdu. Bununla belə 8 mart SSRİ-də yalnız 1965-ci ildən istirahət günü elan edilmişdi.

Hazırda Azərbaycan da daxil, əsasən keçmiş sovet respublikalarından ibarət onlarca ölkədə martın 8-i istirahət günü elan edilib.

Nəhayət, 1975-ci ildə BMT Baş Assambleyası 8 martı Beynəlxalq Qadınlar Günü kimi təsbit edib.

2014-cü ilin məlumatına görə bayram 100-dən çox ölkədə müxtəlif adlar və formalarda qeyd olunur.

Məsələn Argentinada əksər başqa ölkələrdə olduğu kimi martın 8-də kişilər öz qadınlarına gül dəstələri bağışlayırlar.

Sosialist Çində isə ötən il bayramı dağa dırmanmaqla qeyd ediblər. Doğrudur dağa çıxan yalnız kişilər idi, amma ayaqlarına dikdaban ayaqqablılar geyinmişdilər. Bununla onlar “qadın olmağın məşəqqətini yaşamaq” istəyirdilər.

History saytı yazır ki, sosializm və kommunizmlə bağlı olduğuna görə Beynəlxalq Qadınlar Günü ABŞ-da populyarlaşmayıb.

Amma bu yaxınlarda beynəlxalq rəqəmsal marketinq kampaniyaları bayramı, əlbəttə daha az siyasi qiyafədə və hətta PepsiCo və başqa şirkətlərin dəstəyi ilə Amerika mədəniyyətinə gətirməyə başlayıblar.

2017-ci il 8 martının trendinqi #BeBoldforChange heşteqində ehtiva edib.

Qadın haqları kampaniyaçıları bu ilin bayramında dünya boyunca həmcinslərini icazəli-icazəsiz işə getməməyə, dükan-bazara çıxmamağa və qırmızı geyinməyə çağırıblar. (“Azadlıq” Radiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar