Ötən gün Bakıda 87 yaşlı kişi eyvandan yıxılaraq ölüb
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, hadisə Nərimanov rayonu, Təbriz küçəsi, 17 ünvanında baş verib.
Dördmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayan 1932-ci il təvəllüdlü Əhmədov Oqtay Abbasqulu oğlu ehtiyatsızlıqdan eyvandan yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
pia.az