Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

87 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təklif olunan əmlakların hərraca çıxarılması ilə investorlar faydalı sahə, qiymət, ərazi, torpaq sahəsi baxımından müxtəlif olan dövlət obyektləri üzrə seçim edə bilər

Komitə tərəfindən özəlləşdirmədə növbəti iştirak imkanı 20 avqust tarixindəki hərracda yaradılacaq.

Komitədən gələn məlumata görə, bu dəfə prosesə ümumilikdə 87 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyəti, 12-si qeyri-yaşayış sahəsi, 5-i yarımçıq tikili, 18-i isə nəqliyyat vasitəsidir.

Respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12.2 kv.m ilə 2889 kv.m intervalındadır. Bu dövlət əmlaklarından çoxu özəlləşməyə torpaq sahəsi ilə birgə çıxarılıb. Onlar arasında ticarət və xidmət müəssisələri, təsərrüfat obyektləri, qeyri-yaşayış binaları var.

Qeyd edək ki, hərraca çıxarılan qeyri-yaşayış sahələrinin faydalı sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Bu dövlət əmlaklarından 7-si paytaxtda, digərləri isə Sumqayıt, Şirvan, Ağdaş, DaşkəsənBərdədə yerləşir. Ən yüksək faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindədir. Bu dövlət əmlakı xidmət, ticarət və ya ofis obyekti kimi istifadəyə uyğundur.

Səhmdar cəmiyyətlərinin 30% ilə 45% arasında olan səhm paketləri özəlləşdirilməyə çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlakları Lənkəran, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar səhmdar cəmiyyətləri üzrə seçimlərini “Xəzər Avtonəqliyyat”, “Kürdəmir Aqrotexservis”, “Daşkəsən Aqrotexservis” və digər əmlaklar üzrə edə bilər.

Buraxılış ili 1990-2009 olan nəqliyyat vasitələri də budəfəki hərraca çıxarılıb. Avtomobil sahibi olmaq istəyən şəxslər Nissan, Kia, Chevrolet, Hyundai və digər markalardan olan nəqliyyat vasitələri üzrə seçim edə bilər.

Özəlləşdirməyə qoşulmaq istəyən şəxslər onlayn formada qeydiyyatdan keçərək seçdiyi dövlət əmlakının ilkin qiymətinin 10%-i həcmində behi ödəyib hərracda iştirak statusu qazana bilər.

pia.az


Etiket: hərrac


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar