Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

84 dövlət əmlakı özəlləşdirilir


25 oktyabr-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərrac keçiriləcək


Lent.az-ın Komitəyə istinadən məlumatına görə, budəfəki hərracda ümumilikdə 84 dövlət əmlakı özəlləşməyə çıxarılıb.
 
Hərraca çıxarılan dövlət əmlaklarının 26-sı nəzarət səhm paketinin 30-45%-i hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Beyləqan, Ağdaş, Bərdə, İsmayıllı, Zaqatala, Goranboy, Cəlilabad, İmişli, Qax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Bu müəssisələr sənaye, xidmət, kəndkimya, təmir-tikinti, nəqliyyat, quşçuluq, emal və digər sahələrlə bağlı olan müəssisələrdir.
 
25 oktyabr tarixində keçiriləcək hərraca 36 dövlət əmlakı da çıxarılıb ki, bunun 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 28-i isə kiçik dövlət müəssisə və obyektləridir. Bu obyektlər sırasında paytaxtda, eləcə də Gəncə, Sumqayıt, Mingəçevir, Şəki şəhərləri və Gədəbəy, Xaçmaz, Şəmkir rayonlarında yerləşən xidmət, ictimai iaşə və ticarət müəssisələri vardır.
 
Daşınmaz dövlət əmlakları ilə yanaşı, 22 nəqliyyat vasitəsi də hərraca çıxarılıb. Bu nəqliyyat vasitələrinə müxtəlif qurumların balansında olan lakin istismar edilməyən müxtəlif xarici markalara aid avtomobillər daxildir.
 
Təşkil olunan bu açıq hərraclarda istənilən şəxs sifariş verərək iştirakçı statusu qazana və əmlak sahibi ola bilər. İştirak üçün komitənin elektron xidmətlər portalı vasitəsi ilə elektron qaydada və ya Hərracların Təşkili üzrə Auksion Mərkəzində sifariş vermək və əmlakın satış qiymətinin 10%-i məbləğində behi banka ödəmək yetərlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar