Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
PİA.AZ-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Rüstəmov Elxan İldrım oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
pia.az