Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

7 yaşlı Mina Abbasova yenidən dünya birincisi oldu

Macarıstanın Pecs şəhərində Bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda yarışlar keçirilib


Turnirdə iştirak edən həmyerlimiz Mina Abbasova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq turnirin qızıl medalına layiq görülüb.

Turnirdə ev sahibliyi edən Macarıstanla yanaşı, 15-dən çox xarici ölkənin, o cümlədən, Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Hersoqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak edib. 
Mina Abbasova artıq 2 ildir ki, Budapeştdə fəaliyyət göstərən Rus Ritmik Gimnastik Sport Klubunda məşğul olur. Klubun rəhbəri Lyubov Aleksandrovna Bernat və məşqçi İnqa Mackuz Minanın gələcəkdə dünya şöhrətli bir gimnast olacağına əmindirlər. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda öz gözəl çıxışı ilə yaşıdlarından fərqlənən Mina Abbasova Almaniya, Çexiya, Serbiya və Slovakiyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə qalxıb. Bu yarışlarda o, valideynlərinin işi ilə bağlı yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ən böyük arzusu günlərin bir günü qalib olduğu turnirlərdə üç rəngli bayrağımızı dalğalandırmaqdır. 

Qeyd edək ki, Mina Abbasova bu il dekabr ayının 9-da Budapeştdə keçiriləcək XIII Beynəlxalq “Mikulas” yarışında, dekabr ayının 16-da isə Lüksemburqda VI dəfə düzənlənəcək “Lüksemburq Kuboku-2017” Beynəlxalq turnirində iştirak edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar