Aktrisa Bensu Soral sevgilisi, iş adamı Hakan Başla Arnavutköy ərazisində yerləşən restoranlardan birində ziyafət təşkil ediblər
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, axşam saat 8-də başlayan məclis gecə 3-də bitib.
Ziyafət süfrəsində Murad Dalkılıç və Merve Boluğur cütlüyü, “3 adam” verilişinin aparıcıları Eser Yenenler, İbrahim Büyükak və Oğuzhan Koç da olub.
Məşhurlar restoranda 7 saat yeyib-içəndən sonra Hakan Baş 6 min lirə (təxminən 3 min AZN) hesab ödəyib.