Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilib - Fotolar


Mart ayının 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi rayonu H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilib


Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  musiqi məktəbinin şagirdlərini  və müəllimlərini konsetrlə bağlı təbrik etmiş, onlara  yeni yaradıcılıq uğurları diləmiş,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın musiqi ilə məşgul olan yeniyetmə və gənclərə göstərdiyi xüsusi diqqət və qaygıdan danışaraq bildirmişdir ki,  Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Qeyd etmişdir ki, ümumiyyətlə Heydər Əliyev Fondu xalqın  milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir. 

 Nəsimi  rayonu  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Rüstəmova məktəbin kollektivi və valideynləri adından Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə  dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişdir.

Musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Əməkdar artist  Fuad  İbrahimovun müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər. Məktəbin şagirdləri Xuraman Quliyeva (fortepiano), Sadəddin Cumayev (fleyta), Əli Əlizadə (fleyta), Kənan Abbaszadə (klarnet), Amin Əliyev (balaban), Həmid Süleymanzadə (tar), Ayan Hacıyeva (fortepiano), İlkin Əliyev (fleyta), Leyla Mahmudova (fortepiano) və Əliheydər Məmmədzadənin (fortepiano)  ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Ən çox oxunanalar