Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

77 nəfərin qatili ilk dəfə olaraq əməlindən peşmançılığını bildirib

Yeddi il əvvəl 77 nəfərin ölümü və 150-yə yaxın insanın yaralanması ilə nəticələnən iki terror aktı üzrə mühakimə olunan Anders Breyvik ilk dəfə əməlindən peşman olduğunu bildirib


 Interfax informasiya agentliyi xəbər verir ki, Breyvik həbsxana rəhbərliyinə yazdığı məktubda şovinist ideologiyasından uzaqlaşdığını və yeddi il öncəki hadisənin baş verməməsi üçün hər şeyi etməyə hazır olduğunu qeyd edib.

“Verdens Gang” qəzeti xatırladır ki, təxminən bir il əvvəl o, həbsxanada “insanlığa zidd şərait” səbəbindən Norveç hökumətini məhkəməyə vermişdi (Breyvik xüsusən təkadamlıq kamerada saxlanıldığından və soyuq qəhvədən şikayətlənirdi).

Lakin məhkəmə psixiatrları Breyvikin peşmançılığına inanmamağı tövsiyə edib və bildiriblər ki, qatil bu yolla cəza müddətini azaltmağa çalışır. Halbuki məhkəmə zamanı daha çox insanı öldürmək istədiyini, ötən ilin yanvarında isə həbsxananın onun baxışlarını daha da radikallaşdırdığını deyib.

Xatırladaq ki, 2011-ci ilin iyul ayında Anders Breyvik Oslonun hökumət məhəlləsində partlayış, Utoyya adasında isə kütləvi qətl törədib. O, əməlini terror aktı saymadığını və bunu Norveç xalqı naminə etdiyini bildirib. Breyvik 2012-ci ilin avqustunda 21 il azadlıqdan məhrum edilib. Onun cəmiyyət üçün əvvəlki kimi təhlükəli olduğu hesab edilsə, cəza müddəti artırıla bilər.AZƏRTAC

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar