Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“750 dollara aldığım maşına 7 min rüsum aldılar” - maşın bazarı "od tutub yanır" - Video

"Avtomobilin qiymətindən çox gömrük rüsumu olar?"...

Son vaxtlar ölkəyə gətirilən avtomobillərin qiymətində artım müşahidə olunur. Bu isə paytaxtın avtomobil bazarlarında durğunluğa gətirib çıxarıb.

PİA.az Baku.TV-yə istinadən xəbər verir ki, buna əsas səbəb kimi isə gömrük rüsumlarının yüksək olması göstərilir. Mütəmadi olaraq, gömrük postundan avtomobil keçirən şəxslər gətirdikləri avtomobilə görə həm ödənilən gömrük rüsümunun çox olduğunu, həm də rüsumdan əlavə pul alındığını deyirlər.

“X-5 alırıq 10 min dollara gətiririk burda 15-16 min dollar gömrük rüsumu qoyurlar. 750 dollara aldığım maşına 7 minə yaxın gömrük rüsumu ödəmişəm”, - deyə avtomobil dəllallarından biri qeyd edib.

Digər avtomobil alqı-satqıısı ilə məşğul olan şəxs də, avtomobili aldıqları qiymətin iki qatı qədər gömrük rüsumu ödədiklərini bildirib. Onun sözlərinə görə, Azərbaycanda rüsumlar çox yüksəkdir: "Avtomobilin qiymətindən çox gömrük rüsumu olar? Rüsumlar yüksək olduğu üçün avtomobil bazarında alıcı da tapılmır”.

Bir neçə gün əvvəl tətbiq olunan rüsumlarla bağlı açqlama verən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə rüsumların komitə tərəfindən yox, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirdiyini bildirmişdi. Lakin xaricdən avtomobil gətirən vətəndaşlar cədvəl üzrə müəyyən ediləndən artıq rüsum ödədiklərini bildirirlər.

Məsələni aydın şəkildə öyrənmək üçün sonuncu müsahibimizin 2013-cü il Almaniya istehsalı olan, 1.7 litr mühərrikli "Opel Astra" avtomobili üçün rəsmi gömrük rüsumunu hesabladıq. Məlum oldu ki, bu avtomobilin aksiz vergisinə görə 510 manat, mühərrikin işçi həcminə görə 3468 manat, Əməliyyat xərclərinə 60, vəsiqə üçün 30 manat, ƏDV 1007 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV üçün isə 5.4 AZN olmaqla cəmi 5111 manat ödəniş edilməlidir.

Ancaq həmin şəxs 6900 manat ödəniş edib. Burada əsas boşluq cədvəldəki “Avtomobilin gömrük dəyəri” xanası ilə bağlıdır. Belə ki, gömrük işçiləri həmin rəqəmi alıcının təqdim etdiyi invoys sənədinə əsasən yox, avtomobilin Azərbaycan bazarındakı real qiymətinə əsasən hesablayırlar.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı rüsumların düzgün tənzimlənmədiyini deyir: “Azərbaycanda avtomobillərin qiymətini süni şəkildə bahalaşır. Bunun da əsas səbəbi gömrük rüsumlarıdır. Komitə sədri həm deyir ki bu qərarlardan bizim xəbərimiz yoxdur. Dövlət qərar qəbul edir biz də onu icra edirik. Sonra da deyir ki, biz məsələlərlə bağlı dövlətə təklif veririk. Demək ki, komitə təklifi yazıb verir, dövlət də qəbul edir. Sonda yenə komitə deyən olur”.

Görünən odur ki, problem aradan qaldırmaq üçün xaricdən gətirilən avtomobillərin gömrük rüsumlarının hesablanması mexanizminə yenidən baxılmalı və boşluqlar aradan qaldırılmalıdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar