Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

73 yaşlı azərbaycanlı aktyor tələbəsi ilə evlənib

ARB TV-nin "Ömrün fəsilləri" verilişinin qonağı əməkdar incəsənət xadimi, rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) olub


Axşam.az-ın məlumatına görə, aktyor ilk olaraq evliliyindən danışıb:

"33 yaşımda ailə qurmuşam. Ailə qurmağımın da günahkarı rəhmətlik Ədil müəllim olub. Ədil müəllim sənət adamlarının əxlaqi tərəfinə diqqət yetirirdi. Qonaq qarşısına çıxarılası şəxsiyyət kimi təqdim edirdi. Bu işi də etibar elədi mənim böyük ağsaqqalım, böyük dostum Həsənağa Turabova. Mənim elçiliyimdə Həsənağa Turabov, Ceyhun Mirzəyev, Fərman Kərimzadə, Rasim Balayev, Kamil Rüstəmbəyov iştirak edib. Toyumda da özümüz çalıb, özümüz oynamışıq. Qız da mənim tələbəm idi. Dedim ki, qızım mən səni alıram, sən mənim həyat yoldaşım ol. Amma kinonu da bilirdi də azdan-çoxdan. Uzun illər keçib. Artıq nəvələrimiz var. Sən demə, yaxşı ailə, sənətdən də üstündür".

Şeyx Əbdül daha sonra uşaqlarından söz açıb:

"Qaçaq Nəbini çəkəndə 2-ci uşağı gözləyirdik. Dedim oğlan olanda Nəbi adını qoyacam, qız olsa Həcər. Böyüyüm oğlan idi. Adı Babəkdir. Adını böyük qardaşım qoyub. Böyük qardaşımın ailəm üçün böyük zəhməti var"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar